Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

DİKLOFENAK 100 MQ N10 (ŞAM)

2.24 AZN
DİKLOFENAK
İstifadəsinə göstərişlər:
Oynaqların iltihabı xəstəlikləri (revmatoidli artrit, revmatizmŞ ankilozlaşdırıcı spondilit, xroniki podaqrik artrit), degenerativ xəstəlikləri (deformasiyaedici  osteoartroz, osteoxondroz), lümbaqo, işias, nevralgiya, mialgiya; oynaqdankənar toxumaların xəstəlikləri (tendovanginit, bursit, yumşaq toxumların zədələnmələri); iltihabla müşayiət olunan posttravmatik və əməliyyatdan sonrakı ağrı sindromu; birinci dərəcəli alqodismenoreya adneksit böyrək və qaraciyər sancıları; burun-boğaz-qulaq orqanlarının infeksiyaları tənəffüs sistemi orqanlarının infeksiyası.

Əks göstərişləri:
Preparata qarşı (o cümlədən digər QSİƏP ) fərdi hiperhəssaslıq, qanyaradıcı sistemin dəqiq etiologiyası olmayan pozğunluqları, kəskin fazada bağırsaqların destruktiv-iltihabı xəstəlikləri, 6 yaşa qədər uşaqlar, hamiləliyin son trimestri.

İstifadə qaydası və dozası:
Preparat rektal istifadə olunur
Böyüklər: gündə 2-3 dəfə 50 mq ( 1 ədəd 50 mq-lıq şam) və ya gündə 1-2 dəfə 100 mq (1 ədəd 100 mq-lıq şam) müalicəvi dozalarda düz bağırsağa yeridilir. Maksimal gündəlik doza-200 mq, dəstəkləyici doza-100 mq (yuxudan əvvəl).
Uşaqlar: 2-3 mq\kq\gün.
Müalicə kursunun müddəti fərdi olaraq təyin edilir.

Təsiredici maddə: 1 rekatl suppozitoriyanın tərkibində 50 mq və ya 100 mq Diklofenak vardır.

Köməkçi maddə: setilspirti, bərk yağ.