ESCİTA 10 MQ
Göstərişlər:
-Böyük depressiv hallar;
-Aqorafobiyalı və ya aqorafobiyasız panik pozğunluqlar;
-Sosial fobiyalar;
-Generalizəolunmuş həyacan pozğunluqları;
-Obsesseiv-kompulsiv pozğunluqlar.
Əks göstərişlər:
Essitaloprama və ya köməkçi maddələrdən hər hansı birinə qarşı həssaslıq olan xəstələr üçün əks göstərişdir.
İstifadə qaydası və dozası:
Böyük depressiyaların müalicəsi:
Gündə 1 dəfə 10 mq olaraq qəbul edilir.
Fərdi xəstə reaksiyasına müvafiq gündəlik doza maksimum 20 mq-a qədər artırla bilər.
Antidepressant təsirin meydana çıxması üçün ümumiyyətlə 2-4 həftə tələb olunur.
Alınacaq cavabın sabitləşməsi üçün ən azı 6 aylıq müalicə müddəti lazımdır.
Aqorafobiyalı və ya aqorafobiyasız panik pozğunluqların müalicəsi:
Gündəlik 10 mq-lıq dozaya keçmədən əvvəl ilk həftə gündə 5 mq-lıq başlanğıc doza maksimum 20 mq-a qədər artırla bilərş Maksimum təsir təxminən 3 ay sonra müşahidə olunur.
Müalicə bir neçə ay davam etməlidir.
Sosial-həyacan pozğunluğu:
Gündə 1 dəfə 10 olaraq qəbul edilir.
Adətən, simptomların yüngülləşməsi üçün 2-4 həftə keçməlidir.
Xəstənin müalicəyə cavab ından asılı olaraq, sonradan doza 5 mq-a qədər azaldıla və gündəlik maksimum 20 mq-a qədər artırla bilər.
Sosial-həyacan pozğunluğu xronikləşməyə meyilli bir xəstəlikdir və 12 həftə ərzində müalicənin güclənildirilməsi tövsiyə edilir.
Generalizəolunmuş həyacan pozğunluğu:
Gündə 1 dəfə 10 mq olaraq qəbul edilir.
Fərdi xəstə cavabına müvafiq gündəlik doza maksimum 20 mq-a qədər artırla bilər.
Gündəlik 20 mq qəbul edən xəstələrdə uzunmüddətli müalicə 6 ay müddətinə tədqiq edilmişdir.
Təsiri artırmaq və yenidən ortaya çıxmasının qarşısını almaq üçün mütəmadi mülaicə tətbiq edilməlidir.
Obsessiv-kompulsiv pozğunluqlar:
Başlanğıc doza 10 mq gündə 1 dəfə.
Fərdi xəstə cavabına müvafiq gündəlik doza maksimum 20 mq-a qədər artırıla bilər.
Obsessiv-kompulsiv pozğunluqu xroniki xəstəlikdir və xəstəliyin effektiv müalicəsi və əlamətlərin aradan qaldırlması üçün uzunmüddətli müalicə tətbiq edilməlidir.
Müəyyən vaxt intervallarında preparatın dozası və müalicənin effektivliyi qiymətləndirilməlidir.
Təsiredici maddə: hər tabletin tərkibində 10 mq təmzi esitaloprama bərabər essitalopram oksalat vardır.
Köməkçi maddə: titan dioksid, kopovidon, laktoza monohidrat, qarğıdalı nişastası, mikrokristallik sellüloza PH 102, kroskarmelloza-natrium, maqnezium-stearat