Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

NEOMEZOL N10

9.40 AZN
N10 şam
Göstərişlər:

Müalicə məqsədi ilə-vulvovaginit, vaginit, həssas mikroflor tərəfindən törənən bakterial, göbələk və ya qarışıq mənşəli servist.

Profilaktika məqsədi ilə- aşağı cinsiyyət yollarında hər bir cərrahi əməliyyatdan əvvəl infeksion və göbələk ağırlaşmaları, doğuşdan və ya abortdan əvvəl, uşaqlıqdaxili kontraseptiv spiralin istifadəsindən əvvəl və sonra, uşaqlıq boynu diatermokoaqulasiyasından əvvəl və sonra, histeroqrafiya və uretradaxili müayinələrdən əvvəl.

Əks göstərişlər:

Prepratın komponentlərinə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası:

Preparat intravaginal istifadə olunur.

İstifadəsindən öncə 1suppozitoriya kontur qablaşdırmadan azad olunaraq, uşaqlıq yolu daxilinə arxası üstdə uzanmış vəziyyətdə dərinə yeridilir.

Böyüklər-kəskin vaginit zamanı 1-2 gün ərzində gündə 2 dəfə 1 suppozitoriya, sonra isə 6-8 gün ərzində axşamlar 1 suppozitoriya

Xroniki vaginit zamanı 8-10 gün ərzində axşamlar 1 suppozitoriya.

Profilaktika üçün hər 7-10 gündən bir axşamlar 1 suppozitoriya.

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 500 mq metronidazol, 200 mq neomisin-sulfat, 150 mq klotrimazol vardır.

Köməkçi maddə: polisorbat-80, adipin turşusu, natrium lauril sulfat, vazelin yağı, bərk yağ.