PRİASETAM
Göstərişlər:
Priasetam yaddaş pozulmaları, demensiya diaqnozu olmadıqda intellektual pozulmaların simptomatik müalicəsi üçün göstərişdir. Priasetam kortikal miokloniyanın əlamətlərini azalda bilir. Kortikal mikloniyalı xəstələrdə priasetamın effektini təyin etmək üçün sınaq müalicə kursunun aparılması lazımıdır.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklərə daxilə. Sonuncu dozanı 17:00-dan gec olmayaraq qəbul edirlər.
Gündəlik dozanı 2-4 qəbula bölürlər.
Yaşlı xəstələrdə böyrək çatışmazlığı olduqda dozanı korreksiya edirlər, uzunmüddətli terapiya zamanı böyrəklərin funksional vəziyyətinin yoxlanılması lazımdır.
Qaraciyər funksiyasının pozulmaları olan xəstələrə dozanın korreksiyası tələb olunmur. Həm böyrəklərin, həm də qaraciyərin funksiyasının pozulmaları olan xəstələrə dərman vasitəsini böyrəklərin funksiyasının pozulması olan xəstələrə təyin olunduğu kimi təyin edilir.
Təsiredici maddə: 1 kapsulada 400 mq pirasetam vardır.
Köməkçi maddə: kalsium-stearat, əsasi yüngül maqnezium-karbonat.