PERSEN FORTE
Göstərişlər:
Persen forte bitki mənşəli dərman preparatı olub, müvəqqəti əsəb gərginliyi simptomlarının yüngülləşdirilməsi üçün və müvəqqəti yuxu pozğunluğu zamanı istifadə olunur.
Əks göstərişlər:
Preparatın hər hansı köməkçi maddəsinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar-əsəbilik, həyacan və ya yüksək oynaqlıq zamanı gündə 2 dəfə 2 kapsul.
Yuxusuzlu zamanı yuxudan bir saat əvvəl 2 kapsul.
Kapsullar su ilə, bütöv halda, qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.
Təsiredici maddə: 1 kapsulada 87,5 mq pişikotu köklərinin quru sulu-spirtli ekstraktı, 17,5 mq bədrənc yarpaqlarının quru ekstraktı, 17,5 mq, istiotlu nanə yarpaqlarının quru ekstraktı vardır.
Köməkçi maddə: maqnezium-oksid, maqnezium-stearat, laktoza monohidrat, talk, susuz kolloidal silisium dioksid.