TALLİTON 6,25 MQ
Göstərişlər:
Talliton tabletlərindən arterial təzyiqin yüksəlməsi, xroniki stabil stenokardiya və xroniki ürək çatışmazlığı zamanı istifadə olunur.
Əks göstərişlər:
Talliton preparatının təsiredici maddəsində və ya istənilən digər tərkib komponentinə qarşı allergiya.
İstifadə qaydası və dozası:
Talliton preparatını qida qəbulundan asılı olmayaraq çoxlu miqdarda su ilə və çeynəmədən üəbul etmək lazımdır.
Xroniki ürək çatışmazlığı olan xəstələrə arterial təzyiqin sürətlə aşağı düşməsi riskini azaltmaq üçün talliton preparatını qida ilə birlikdə qəbul etmək tövsiyə edilir.
Talliton preparatını həmişə həkim təyinatına ciddi şəkildə əmələ etməklə qəbul edin.
Təsiredici maddə: 1 tabletin tərkibində 6,25 mq və ya 25 mq karvedilol vardır.
Köməkçi maddə: laktoza monohidrat, krospovidon, saxaroza, susuz kolloidal silisium 40-oksid, povidon K-25, maqnezium stearat. Yuxarıda sadalanan komponentlərdən başqa, Talliton 6,25 mq preparatının tərkibində rəngləyici kimi C.İ. 47005 sarı xinolin, Talliton 12,5 mq preparatının tərkibində isə C.İ. 15985 sarı sanset var.