MORESEK 24 MQ
Göstərişlər:
Menyer xəstəliyi-a.ağıdakı simptomlarla təzahür edir
-Ürəkbulanma və qusma ilə müşayiət olunan baş gicələnmə
-Qulaqlarda küy
-Eşitmənin zəifləməsi və ya itirilməsi
Vestibulyar pozğunluqların simptomatik müalicəsi
Vertebrobazilyar çatışmazlıq, travmatik ensefalopatiya və baş beyin damarlarının aterosklerozunun kompleks müalicəsi.
Əks göstərişlər:
Tabletin tərkibində olan hər hansı bir inqrediyentə qarşı allergiyanız varsa.
İstifadə qaydası və dozası:
-Tabletləri su ilə udun.
-Tabletləri yeməklə birgə və ya yeməkdən sonra qəbul edin.
Moreserk təsir gücünə görə fərqlənən iki müxtəlif dozada (16 mq və 24 mq tabletlər) mövcudur.
Başlanğıc gündəlik doza 2-3 dəfəyə qəbul olunmaqla 24 mq təşkil edir. Lazım gəldikdə doza 28 mq-a qədər artırıla bilər.
Yaşlılar üçün dozalanma aşağıdakı kimidir.
16 mq tablet
|
24 mq tablet
|
Gündə 3 dəfə 1\2-1 tablet
|
Gündə 2 dəfə 1 tablet
|
Müalicəyə həssaslığınızdan asılı olaraq həkiminiz sizə uyğun dozanı təyin edəcədir. Müalicəvi təsir bir neçə gün və ya bir neçə həftə ərzində meydana çıxa bilər. Moreseklə malicə zamanı bir neçə həftədən sonra xəstəlik əlamətlərinin aradan qalxması müşaihədə olunur və maksimal müalicəvi effekt bir neçə aydan sonra əldə olunur.
Təsiredici maddə: hər tabletin tərkibində 16 mq və ya 24 mq betahistin-dihidroxlorid vardır.
Köməkçi maddə: mikrokristallik sellüloza, mannitol DC, hidroksiproplisellüloza, talk, susuz kolloidal silsisium 4-oksid.