Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

MOMEZON 0,05 %

11.83 AZN
MOMEZON 0,05 %
Göstərişlər:
Momezon sprey böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda mövsümi və ya ilboyu allergik rinitin müalicə və profilaktikasında istifadə olunur.

-Mövsümi və ya ilboyu allergik rinitin simptomlarının aradan qaldırılması məqsədilə istifadə olunur.

-Mövsümi allergik rinitlə əlaqəli burun tutlmasının aradan qaldırılması məqsədilə istifadə olunur.

Momezon sprey 18 ya.dan böyük olan şəxslərdə burun poliplərinin, həmçinin bu patlogiya ilə müşayiət olunan qoxubilmə qabiliyyətinin itirilməsi və burun tutulmasının müalicəsində istifadə olunur.

Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Mövsümi və ya ilboyu allergik rinit;
Böyüklər və 12 yaşdan yuxarı böyük uşaqlar- tövsiyə olunan adi doza hər burun dəliyinə 2 üskürtmə təşkil edir. Simptomlar azaldıqdan sonra hər burun dəliyinə püskürdülən doza 1 püskürtməyə qədər azaldıqdan sonra hər burun dəliyinə püskürdülən doza 1 püskürtməyə qədər azaldılaraq xəstəliyi nəzarət altında saxlanılması üçün davamlı tətbiq edilə bilər.

Xəstəliyin simptomlarına nəzarət qənətbəxş olmadıqda istifadə olunan doza maksimal günlük dozaya qədər artırla bilər. Simptomlar azaldıqdan sonra dozanın azaldılması tövsiyə olunur.

2-11 yaşlı uşaqlar-Tövsiyə olunan adi doza hər burun dəliyinə 1 püskürtmə təşkil edir.

Memezon burun spreyinin klinik əhəmyyətli təsiri bəzi mövsümi allergik rinitli xəstələrdə birinci dozanın tətbiqindən sonra hətta 12 saat ərzində büruzə verir, bununla birlikdə dərmanın tam effektivliyinin təzahür etmə müddəti əldə edilməsi üçün xəstələr spreydən mütəmadi şəkildə istifadə etməklə müalicəyə davam etməlidirlər.

Burun polipləri;
Böyüklər ( o cümlədən, 18 ya.dan yuxarı ahıl şəxslər)- tövsiyə olunan adi başlanğıc dozası hər burun dəliyinə 2 püskürtmə təşkil edir. 5-6 həftə  ərzində simptomlar gözlənilən dərəcədə azalmadıqda günlük doza 2 dəfə artırla bilər- hər burun dəliyinə 2 püskürtmə gündə 2 dəfə. Simptomlar aradan qalxdıqdan sonra Momezon burun spreyinin gündəlik dəstəkləyici dozası minimal effektiv göstəricisinə qədər tədricən azaldılmalıdır. Daha 5-6 həftədən  sonra müalicədə yaxşılaşma əldə edilmədikdə alternativ terapiya üsullarının zərurəti nəzərədə keçirilməlidir. Burun poliplərinin müalicəsində Momezon burun spreyinin effektivliyinə və təhlüksəzizliyinə dair klinik tədqiqatların müddəti 4 ay təşkil etmişdir.
Təsiredici maddə: 0,05 % mometazon furoat monohidrat vardır.

Köməkçi maddə: mikrokristallik sellülozanın və karboksimetilsellüloza-natriumun qarışığı, qliserin, polisorbat 80, natrium sitrat dihidrat, limon turşusu monohidrat, benzalkonium xlorid, təmzilənmiş su.