İstifadəsinə göstərişlər:
Yuxarı tənəffüs yollarının kəskin və xroniki xəstəlikləri.
Virus infeksiyaları nəticəsində yaranan ağırlaşmaların qarşısının alınması və bakteroloji infeksiyalar zamanı antibiotik müalicəsinə əlavə kimi.
Əks göstərişlər:
Dərman vasitəsinin aktiv maddələrinə və ya hər hansı köməkçi maddəsinə qarşı yüksək həssaslıq. Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə qarşı məlum allergik reaksiyalar. 1 yaşa qədər və 6 yaşa qədər uşaqlar. Genetik laktoza, fruktozaya qarşı dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malasorbiyası və ya saxaroza-izomaltoza defisiti olan pasiyentlər.
İstifadə qaydası və dozası:
Simptomların inkişafı kəskinləşərsə: Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr gündə 5-6 dəfə 25 damcı və ya 2 örtüklö tablet qəbul etməlidirlər. 6-11 yaşlı uşaqlar gündə 5-6 dəfə 15 damcı və ya 1 örtüklü tablet qəbul etməlidirlər. 1-5 yaşlı uşaqlar 10 damcı gündə 5-6 dəfə qəbul etməlidirlər.
Təsiredici maddələr:
100 q daxilə qəbul üçün damcının tərkibində aşağıdakı dərman bitki xammallarının qarışığı vardır: 0,4 q dərman zəncirotu, 0,5 q qatırquyruğu, 0,4 q gülxətmi, 0,3 q çobanyastığı çiçəkləri, 0,2 q palıd qabığı, 0,4 q yunan qozu, 0,4 q boymadərən, təmizlənmiş su, etanol 59%-həcmi/faiz. Dərman preparatının tərkibində 19% alkoqol vardır.