FUNQOTERBİN
Göstərişlər:
-pəncə mikozu\pəncə göbələyi
-bəndən mikozu, eləcə də hamar dəri mikozu və iri büküş mikozu
-qasıq epidermofitiyası
-candida cinisinə aid göbələklərin səbəb olduğu səthi dəri kandidozu
-rəngli dəmrov
Əks göstərişlər:
Terbinafinə və ya preparatın digər komponentlərinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
İstifadədən əvvəl zədələnmiş nahiyələri təmizləmək və qurutmaq lazımdır.
Funqoterbini sutkada 1 və ya 2 dəfə dərinin zədələnmiş hissələrinə və yanaşı nahiyələrə çəkirlər.
Kremi nazik lay şəlində çəkirlər və ehmalca sürtülür. Dəri büküşlərinin nahiyəsinə çəkdikdə tənzif zolağı bint qoymaq tövsiyə edilir.
Təsiredici maddə: 100 q kremin tərkibində 1 q terbinafin hidroxlorid vardır.
Köməkçi maddə: butilhidroksitoluol, sidik cövhəri, makroqol setostearat, setostearil spirti, poloksamer, imido sidik cövhəri, propilenqlikol, maye parafin, vazelin təmizlənmiş su.