Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

PANADOL TABLETKA

2.26 AZN
PANADOL TABLETKA
Göstərişlər:
Simptomatik müalicə kimi ağrı sindromunun- baş ağrıları, diş ağrıları, boğazda ağrılar, bel ağrıları, əzələ ağrıları, revmatizm ağrıları, ağrılı aybaşılar zamanı, qızdırma sindromu zamanı. Soyuqdəymə və qrip xəstəlikləri fonunda bədən temperaturu yüksəldiyi zaman istifadə olunur. Preparat istifadə zamanı ağrını azaltmaq üçün nəzərdə tutulmuşdur, xəstəliyin inkişafına təsir göstərimir.

Əks göstərişlər:
Parasetamola və ya preparatın istənilən digər komponentinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Böyüklər ahıl yaşlılar və 12 yaşdan böyük uşaqlar-zərurət yarandıqda, hər 4-6 saatdan bir 1-2 tablet. Qəbul arası fasilə ən azı 4 saatdır, 24 saat ərzində ən çoxu 8 tablet.
Uşaqalar zərurət yarandıqda hər 4-6 saatdan bir ½ -1 tablet. Qəbullar arası fasilə ən azı 4 saat olmalıdır. 24 saat ərzində ən çoxu 4 doza qəbul etmək olar. Parasetamolun maksimum birdəfəlik dpzası 10-15 mq\kq bədən kütləsinə, maksimum sutkalıq dozası 60 mq\kq bədən kütləsinə təşkil edir.

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq parasetamol vardır.
Köməkçi maddə: prejelatinləşdirilmiş nişasta, qarğıdalı nişastası, povidon, kalium sorbat, talk, stearin turşusu, hipromelloza, triasetin.