Göstərişlər:
Oftalmologiya:
Bakterial konyunktivit
Buynuz təbəqənin irinli xorası
Böyüklərdə gözün süzənək və xlamidiya xəstəlikləri
Gözdə cərrahi və lazer müdaxilələrindən sonra fəsadların profilaktikası
Otologiya:
Xarici otit
Kəskin və xroniki orta otit
Cərrahi müdaxilələrdən əvvəl və sonra infeksion otitlərin profilaktikası.
Əks göstərişlər:
Levofloksasinə və ya preparatın dıgər komponentlərinə yüksək həssaslıq
Xinolon sırasında olan preparatlara yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Oftalmologiya:
Böyüklər və 1 yaşdan yuxarı yaşda uşaqlar
Sutkada 8 dəfəyə qədər hər 2 saatdan bir zədələnmiş bir/ hər iki gözə 1-2 damcı məhluldanilk 2 sutka ərzində damcıladırlar. 3-7 sutka ərzində hər 4 saatdan bir.
Otologiya:
Böyüklər
7 gün ərzində gündə 1 dəfə zədələnmiş qulağa 10 damcı damcıladırlar
1 yaşdan 12 yaşa qədər olan uşaqlar
7 gün ərzində gündə 1 dəfə zədələnmiş qulağa 5 damcı
1ml preparatın tərkibində -
Aktiv maddə - levofloksasin 5 mq
Köməkçi maddələr – natrium xlorid, benzalkonium xlorid, xlorid turşusu, natrium hidroksid, təmizlənmiş su.