Göstərişlər:
Klaritin böyüklərdə və 30 kq-dan artıq bədən kütləsi olan uşaqlarda allergik rinitin və xroniki idiopatik övrənin simptomatik müalicəsi üçün istifadə olunur.
Dozalanma:
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar – gündə 1 dəfə 10 mq
Uşaqlar
2 yaşdan 12 yaşa qədər uşaqlar üçün dozalanma bədən kütləsindən asılıdır.
Bədən kütləsi 30 kq-dan artıq olduqda – gündə 1 dəfə 10 mq
Bədən kütləsi 30 kq-dan az olduqda – 10 mq-lıq tabletlər 30 kq-dan az bədən kütləsiolan uşaqlarda istifadə üçün nəzərdə tutulmayıb.
2-12 yaş və bədən kütləsi 30 kq və daha aşağı olan uşaqlarda preparatın digər uyğun formaları mövcuddur.
Hər tabletin tərkibində 10 mq loratadin vardır.
Köməkçi maddələr – laktoza monohidrat, maqnezium-stearat, qarğıdalı nişastası.