Göstərişlər:
Orta dərəcədən ağır dərəcəyə qədər kəskin ağrıların müalicəsi.
Əməliyyat sonrası ağrılar
Böyrək sancıları zamanı əmələ gələn ağrılar
Əks göstərişlər:
18 yaşa qədər uşaqlarda istifdəsi
Aorta-koronal şuntlama əməliyyatından sonrakı ağrının aradan qaldırılması üçün istifadəsi
Hamiləlik və laktasiya dövrü
Qanaxmalar
Xroniki həzm pozğunluqları və ya xroniki iltihabi bağırsaq xəstəlikləri
Ciddi ürək çatışmazlığı
Qaraciyər funksiyalarının ciddi pozğunluqları
Astma tutmalarının baş verməsi
Kəskin allergik rinit
Burunda poliplər.
İstifadə qaydası və dozası:
Tövsiyə olunan doza, ümumi halda, hər 8-12 saatdan bir 1 ampul təşkil edir.
Preparatı 150 mq dozasından artıq istifadə etmək olmaz.
Təsiredici maddə - 2 ml inyeksiya məhlulunun və ya konsentratın tərkibində 50 mq deksketoprofenə ekvivalent miqdarda dekketoprofen trommetamol vardır.
Köməkçi maddələr - Etil spirti, natrium xlorid, natrium hidroksid, inyeksiya üçün su.