Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

KETILEPT 200 MG

36.94 AZN RESEPTLƏ SATILIR
KETILEPT
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Antipsixotik preparatlar psixi xəstəliklərin, məsələn , hallüsiniyaların ( xəstə qeyri-aydın səslər eşidir ), qəribə

və qorxulu fikirlər, davranışın dəyişməsi, tənhəlıq hissi və şüurun qarışması simptomlarını yaxşılaşdırmaq üçün

istifadə olunur.


Ketilept əhvalın pozğunluğu nəticəsində özünü həddindən artıq “ gümrah “ hiss edən və ya oyanıqlı xəstələrin

müalicəsində də istifadə oluna bilər. Bu xəstələr lazım olduğundan az yatır, çox danışır və qeyri-adi əsəbdir.


Əgər sizdə Ketilept preparatların ( örtüklü tabletlər ) təsiri haqda və ya hansı məqsədlə bu preparatın sizə təyin

olunması barədə əlavə suallarınız olarsa, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.


ƏKS GÖSTƏRİŞLƏR:

Aşağıdakı hallarda Ketilept peparatını ( örtüklü tabletlər ) istifadə etmək olmaz:

Əgər sizdə kvetiapinə qarşı və ya prepatın koməkçi maddələrindən hər hansı birinə qarşı allergiya varsa.

Əgər siz aşağıda qeyd olunmuş preparatlardan hər hansı birini qəbul edirsinizsə və ya yaxın keçmişdə qəbul

etmisinizsə: QİÇS infeksiyasının müalicəsi üçün İİV proteazanın inhibitorları, məsələn, nelfinavir; azol

preparatları, məsələn, ketokonazol ( göbələk infeksiyalarının müalicəsi üçün );  eritromisin, klaritromisin (

antibiotiklər ) və ya nefazodon ( depressiyanın müalicəsi üçün preparat ).


UŞAQLAR VƏ YENİYETMƏLƏR:

Uşaqlarda və yeniyetmələrdə Ketilept preparatın təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. 18 yaşa

qədər uşaqlara və yeniyetmələrə Ketilept tövsiyyə edilmir.


Aşağıdakı əlavə təsirlər uşaqlarda və yeniyetmələrdə daha tez-tez müşahidə olunur:

 Çox tez-tez (> 1 / 10 xəstədə rast gəlir ):

Qanda prolaktin adlanan hormonun səviyyəsinin yüksəlməsi;

Nadir hallarda bu süd vəzilərinin şişməsini, oğlanlarda və qızlarda südün gözlənilməyən xaric olunmasını,

həmçinin menstrual siklin pozulmasını törədə bilər ( menstruassiyaların olmaması və ya qeyri-müntəzəm

menstruasiyalar );


İştahın artması;

Qeyri-normal əzələ hərəkətləri, əzələ hərəkətinin başlanmasında çətinlik, titrətmə, hərəkət narahatçılığı və ya

əzələlərdə ağrı ilə müşayiət olunmayan bağlılıq.


Hər hansı bir əlavə təsir əmələ gələrsə, həmçinin bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər meydana

çıxarsa, həkiminizə və ya əczaçınıza müraciət edin.


DOZA HƏDDİNİN AŞILMASI:

əgər siz Ketilept preparatını sizin üçün təyin olunduğundan artıq dozada qəbul etmisinizsə, dərhal həkiminizə

və ya yaxınlıqdaki xəstəxanaya müraciət edin. Həkimə göstərmək üçün özünüzlə bu təlimatı və qalan tabletləri

götürmək lazımdır.


Doza həddinin aşılmasının simptomları: ədatən yuxuya meyillik, sədativ effekt, ürək çırpıntısı və qan təzyiqinin

enməsi müşahidə olunur.


ƏLAVƏ TƏSİRLƏRİ:

Bütün dərman vasitələr kimi bu preparat əlavə təsirlər mümkündür. Lakin bu əlavə təsirlər hər xəstədə

müşahidə olunmur.


Aşağıdakı simptomlardan hır hansı meydana çıxarsa dərhal həkimə müraciət edin.

Temperaturun yüksəlməsi, boğazda daimi ağrı, ağızda xoralar ( bu ağ qan cisimciklərinin ağır xəstəliyinin

nəticəsi ola bilər );


Epileptik tutmalar;

Dəri səthində şoşkinlik / pilək ilə ( övrə ), dəridə və dodaq ətrafında ödəmələrlə allergik reaksiyalar;

Qeyri-sərbəst hərəkət, əsasən üzdə və dildə ( gec əmələ gələn diskineziya );

Yüksək temperatur, tənəffüsün tezləşməsi, qan təzyiqinin xeyli yüksəlməsi və ya ürək ritminin tezləşməsi,

əzələlərdə məhdudluq, qeyri-adi yuxuyameyillik hissi və ya bayılma ( bədxassəli neyroleptik sindromun

simptomları );

TƏSİREDİCİ MADDƏLƏR:

1 tabletin tərkibində 25 mq, 100 mq, 150 mq, 200 mq və ya 300 mq Kvetiapin ( müvafiq olaraq 28,78 mq,

115,13 mq, 172,70 mq, 230,26 mq və 345,40 mq kvetiapin-fumarat şəklində ) vardır.


Köməkçi maddələr: susuz kolloidal silisium 4-oksid, maqnezium-stearat, povidon, A tipli karboksi-metilnişasta,

laktoza monohidrat, mikrokristallik sellüoza, ağ Opadry II 33G28523 ( 25 mq, 100 mq, 300 mq örtüklü tabletlər )

ağ Opadry II 33G24283 və çəhrayı Opadry II 33G24283 (150 mq, 200 mq örtüklü tabletlər ).