TRİFER
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Trifer dəmir çatışmazlığı vəziyyətlərinin müalicəsi zamanı aşağıdakı hallarda tətbiq edilir:
- Dəmirin bərpasına tezliklə vacib olduğu;
- Dəmir preparatlarının daxilə qəbulu mümkün olmayan və müalicə qaydalarına riayət etməyən xəstələrdə;
- Bağırsaqlarında aktiv iltihab olan və peroral dəmirin effektsiz olan xəstələrdə.
ƏKS GÖSTƏRİŞLƏR:
- Dəmir çatışmazlığı ilə bağlı olmayan anemiyalar;
- Dəmirin həddən artıq yüklənməsi əlamətlər olduqda ( hemosoderoz, hemexromotoz ) və ya onun işlədilməsi
prosesi pozulursa;
- Hamiləliyin I – ci 3 ayı.
XÜSUSİ GÖSTƏRİŞLƏR:
Trifer ancaq o xəstələrə təyin edilməlidir ki, onların anemiya diaqnozu müvafiq laborator göstəricilərlə
təsdiqlənmişdir ( məsələn ferritinin zərdabda təyin olunan nəticələri və ya hemoqlabin və hemotokritin
səviyyəsi, eritositlərin sayı, onların göstəriciləri, eritositlərin orta həcmi, hemoqlabinin eritositdə orta miqdarı
və ya eritosidlərdə hemoqlabinin orta konsentrasiyası ) xəstələrə təyin edilməlidir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Yeridilmə: Trifer ancaq vedaxili yeridilir – yavaş birbaşa və ya damcı üsulu ilə, həmçinin dializ sisteminin venoz
sahəsinə yeridilə bilər. Əzələdaxili yerildilməsi nəzərdə tutulmayıb. Bütün terapevtik dozanın yeridilməsi
yolverilməzdir.
İlk terapevtik doza yeridilməzdən əvvəl test-dozanın təyin mütləqdir. Əgər müşahidə müddətində dözülməsi
mümkün olmayan halların əlamətləri əmələ gəlirsə, preparatın yeridilməsi dərhal dayandırılmalıdır. Ambul
açılmazdan əvvəl çöküntü və zədələnmə əlamətlərini aşkar etmək üçün ona vizual baxış keçirilməlidir. Ancaq
qəhvəyi rəngli, çöküntüsüz məhlulu istifadə etmək olar.
ƏLAVƏ TƏSİRLƏRİ:
Trifer preparatının müvəqqəti və mümkün səbəb münasibətlərinin olması onun yeridilməsi ilə bağlı olaraq
xoşagəlməz halların təzahür etməsi məlumdur. Bütün simptomlar çox nadir hallarda müşahidə olunur (
başvermə tezliyi azı 0,01 %, çoxu və ya bərabər ).
- Sinir sisteminə - başgicələnmə, baş ağrıları, huşun itməsi, keyləşmə;
- Ürək – damar sisteminə - ürəkdöyünmə, taxikardiya, arterial təzyiqin düşməsi, kollapsabənzər vəziyyət,
istilik hissiyatı, qanın üzə “axması”, periferik ödəmələr;
- Tənəffüs sisteminə: bronxospazm, təngənəfəslik;
- Mədə - bağırsaq sisteminə - qarında yayılmış ağrılar, epiqastral nahiyyədə ağrılar, ishal, dadın pozulması,
ürəkbulanma, qusma;
- Dəri örtüyünə - eritema, qaşınma, səpgilər, piqmentasiyanın pozulması, tərləmənin artması;
- Dayaq- hərəkəti aparatına – artralgiya, kürəkdə ağrı, oynaqlarda ödem, mialgiya, ətraflarda ağrılar;
- İmmun sistemə - allergik, anafilaksiyaya bənzər reaksiyalar, üzün, qırtlağın ödəmi;
- Ümumi xarakterli pozğunluqlar və inyeksiya sahəsinin reaksiyası – asteniya, köksdə ağrılar, köksdə ağırlıq
hissiyatı, zəiflik, inyeksiya yerində ağrı və ödəm ( xüsusilə preparatın ekstravazal düşməsi ), əhvalın pozulması,
avazıma, bədən hərarətinin artması, üşütmə.
Təsir edici maddə: 1 ml preparatın tərkibində 540 mq dəmir ( III ) hidroksid saxaroza kompleksi ( 20 mq dəmirə
ekvivalent ) vardır.
Köməkçı maddələr: natrium-hidroksid, inyeksiya üçün su.