DECLOSİD
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Dermatitlər;
- Ekzema;
- Neyrodermit;
- Otomikozlar;
- pəncədə və qaşıq nahiyəsində epidermofitiya;
- Barmaqarası və hamar dərinin digər göbələk xəstəlikləri.
ƏKS GÖSTƏRİŞLƏR:
- Preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq;
- Dəri vərəmi;
- Dəridə siflis təzahürü;
- Su çiçəyi;
- Sadə herpes;
- Postvaskinal dəri reaksiyaları;
- Açıq yara səthinə sürtülməsi;
- 7 yaşa qədər uşaqlar.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Xaricə istifadə olunur.
Az miqdarda Deklosid kremi nazik təbəqə ilə dərinin zədələnmiş səthinə sutkada 2 dəfə
olmaqla sürtülür. Müalicə müddəti 2-4 həftə təşkil edir. Nəzərə almaq lazımdır ki, bədənin
digər hissələrindən dərqli olaraq üz dərisində preparatı 5 gündən artıq istifadə etmək olmaz,
belə ki, uzunmüddətli müalicədən sonra atrofik dəyi-şikliklər yarana bilər.
ƏLAVƏ TƏSİRLƏRİ:
Yerli reaksiyalar: dərinin qızarması, yanma və preparatın istifadə olunduğu nahiyədə sancma
hissiyatı ( qiciqlanma yaranarsa preparatın istifadəsini dayandırmaq lazımdır).
Allergik reaksiyalar mümkündür.
DOZA HƏDDİNİN AŞILMASI:
Simptomları: qlükortikoidlərin uzunmüddətli yüksə dozada istifadəsi zamanı hiperkorti-sizm
simptomları yaranması mümkündür ( hiperqlikemiya, qlükozuriya, böyrəküstü vəzinin qabıq
maddəsinin funksiyasının geriyə dönən pozulması, Kuşinq sindromunun təzahürü ).
Müalicəsi: simptomatik terapiya.
Təsiredici maddə: 1 q kremin tərkibində 0,25 mq susuz beklometazon dipropionat, 10 mq
klotrimazol, 1 mq gentamisin sulfat, 20 mq klioxinol vardır.
Köməkçi maddələr: ağ yumşaq parafin, aşıq duru parafin, setostearil spirti, setomakroqol
1000, propillenqlikol, benzil spirti, xlorokrezol, natrium dihidrofofat dihidrat, dinatrium
hidrofosfat dihidrat, təmizlənmiş su.