RUDAZA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Böyüklərdə və 12 yaşdan yuxaeı uşaqlarda birləşdirici toxumanın hiperplaziyası ( həmçinin iltihabi proses
zamanı ) ilə müşahidə olunan xəstəliklərinin müalicəsində kompleks və monoterapiya şəkilində istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
Hialuronidazaya qarşı fərdi həssaslıq, bədxassəli törəmələr.
Hamiləlik və 12 yaşına qədər uşaqlarda klinik təcrübə aparılmadığından preparatın təhlükəsizliyi
öyrənilməmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri.
Böyük dozada salisilatlar, kortizon, AKTH, estrogen, və ya antihistamin preparatları qəbul edən şəxslərdə
rudazanın qəbulu zamanı hialuronidazanın effektivliyi azala bilər.
XÜSUSİ GÖSTƏRİŞLƏR:
Allergik reaksiya yaranan zaman Rudazanın istifadəsi dayandırılmalıdır.
Kəskin infeksiyalar zamanı infeksiyanın yayılmasının qarşısını almaq üçün antimikrob preparatlarla birlikdə
təyin edilməlidir.
Böyrək çatışmazlığı olan və anamnezində ağciyər qanaxmaları qeydə alınan xəstələrdə ehtiyatla təyin
edilməlidir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Rudaza suppozitoriyalar 3000 BV rektal və vaginal yeridilir. Müalicə kursu 10-20 gün müddətində gündə 1 dəfə
( gecələr ). Rektal: gündə 1 dəfə bağırsaq təmizləndikdən sonra 1 şam.
Vaginal: gündə 1 dəfə 1 suppozitoriya uşaqlıq yoluna yeridilir ( gecələr ).
Xəstəliyin ağırlığından, mərhələsindən və dəvametmə müddətindən asılı olaraq Rudaza suppozitoriyaları
günaşırı və ya 2-3 gün fasilə ilə təyin edilir.
ƏLAVƏ TƏSİRLƏRİ:
Nadir hallarda fərdi həssaslıq zamanı allergiya.
Vaginal və rektal istifadə üçün suppoziotoriyalar: torpedoyabənzər şəkildə, açıq-sarı rəngdən-mərmər rənginə
qədər, kako yağının zəif spesifik iyi hiss olunan suppozitoriyalardır.
Köməkçi maddələr: hidrogenizə olunmuş kokos yağının qliseridi, arı mumu, propilenqlikol, tokoferol.