Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

GERA ADAMED 200 MG

54.50 AZN
GERA ADAMED
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  GERA preparatı süni mayalanma proqramlarında təyin olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

Aşağıda göstərilən hallar müşahidə olunan qadın pasiyentlər GERA preparatını istofadə etməməlidirlər.

-  Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq;

-  Qeyri-müəyyən səbəbdən müşahidə olunan uşaqlıq yolu qanaxmaları, qarşını alınmış düşük,

uşaqlıqdankənar hamiləlik;

-  Süd vəzilərində və cinsiyyət orqanlarında xərçəng xəstəliyi və ya xərçəng şübhələrin olması;

-  Hal-hazırda və keçmişdə baş vermiş tromboeboliya xəstəliyi və ya tromboflebit;

-  Ağır böyrək çatışmazlığı və ya qaraciyər xəstəlikləri;

-  GERA vaginal tabletlərin laktasiya dövründə istifadəsi məsləhət görülmür;

-  Serebral hemorragiya;

-  Porfiriya.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklərdə: progesteronun dozası hər zaman göstərişlərdən və terapevtik effektindən aslı olaraq fərdi şəkildə

təyin edilir.

Suni mayalanma proqramlarında progesteron gündə 2 dəfə 200 mq inravaginal yeridilir. Müalicə fasiləsiz olaraq

rüşeymin köçürülməsinin 77-ci gününə qədər davam etdirilir. Müalicə dozanın tədricən azadılması yolu ilə

dayandırılır.

Uşaqlar və yeniyetmələr:

GERA preparatının uşaqlarda və yeniyetmələrdə istifadəsinin təhlükəsizliyi və effektivliyi haqda ətraflı məlumat

yoxdur.

GERA prepratı, vaginal tabletlər qablaşdırılımış qutuda olan xüsusi applikator vasitəsi ilə birbaşa vaginal istifadə

olunmalıdır.

ƏLAVƏ TƏSİRLƏR:

Endogen hormona identik olan progesteronun istifadəsi zamanı əlavə təsirlər çox nadir hallarda müşahidə

olunmuşdur.

Sinir sistemi pozğunluğu:

-  Yuxululuq;

-  Başağrısı və başgicəllənmə;

-  Diqqət dağınıqlığı;

-  Qorxu hissi;

-  Depressiv hal.

Reproduktiv sistemin və süd vəzilərinin pozğunluqları:

-  Vaginal pozğunluqlar ( qıcqlanma, qaşınma, vaginal axıntı ).

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılmasının ən çox yayılmış simptomları yuxululuq, başgicələnmə və depressiya. Doza həddinin

aşağı düşməsi ilə əlaqədar bu simptomlar itir.

Bəzi hallarda zərurət yarandıqda simptomlarına uyğun müalicə aparılır və preparatın istifadəsi dayandırılır.

Təsiredici maddə: hər bir vaginal tabletin tərkibində 200 mq progesteron vardır.

Köməkçi maddələr: laktoza monohidrat, jelatinləşdirilmiş qarğıdalı nişastası, natrium kroskarmelloza,

hipromellosa, limon turşusu monohidrat, maqnezium-stearat, susuz kolloidal silisium 4-oksid.