ESLOTİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Mövsüm pollinoz bütün ilboyu davam edən allergik rinit ( asqırmanın, burundan selik ifrazını aradan qalxması
və ya yüngülləşməsi, burunun qaşınması və ya tutulması, gözlərin qaşınması və qızarması, gözlərin sulanması,
damaq qaşınması );
- Xroniki idiopetik övrə ( dəri qaşınmasının və səpgisinin azalması və aradan qalxması );
ƏKS GÖSTƏRİŞLƏR:
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- Hamiləlik və laktasiya dövrü.
XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYYAT TƏDBİRLƏRİ:
Ağır böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla təyin etmək lazımdır.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Eslotin qida qəbulundan asılı olmayaraq sutkada 1 dəfə 5 mq dozada daxilə qəbul edilir. Tableti çeynəmədən,
bütöv haldan və su ilə udmaq lazımdır.
ƏLAVƏ TƏSİRLƏRİ:
Yüksək yorğunluq, ağızda quruluq, baş ağrısı.
Çox nadir hallarda taxikardiya, ürəkdöyünmə, qaraciyər fermentlərinin aktivliyini artması, bilirubinin
konsentrasiyasının yüksəlməsi, anafilaksiya və səpgi daxil olmaqla allergik reaskiyalar, mialgiya, yuxululuq,
başgicəllənmə, qıcolma, halüsinasiya, ürəkbulanma, qusma, diareya, dispepsiya.
DOZA HƏDDİNİN AŞILMASI:
Simptomları: əalvə təsirlərin güclənməsi.
Müalicəsi: mədənin yuyulmasından sonra aktivləşdirilmiş kömür qəbulu, ehtiyac olduqda simptomatik terapiya
aparılır. Hemodializ effektli deyil. Peritoneal dializin effektivliyini müəyyən edilməyib.
Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 5 mq dezloratadin vardır.
Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, talk, qarğıdalı nişastası, mikrokristallik sellüloza, maqnezium
stearat.