Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

TENAT

21.00 AZN
TENAT
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

TENAT kalsium və fosfatların metobolizmi tənzimləyir, bu da skletin normal menerallaşma və böyümə

proseslərinə imkan yaradır, dekalsifikasiyanın qarısını alır. D vitamini və onun metobolitləri qanda spesifik alfa-

qlobulinlə birləşir, piy və əzələ toxumlarında uzun müddət ərzində toplanır və həmin toxumlarından gec xaric

olunur. Tenat mədə-bağırsaq traktından yaxşı sorulur, D vitamini qaraciyərdə və böyrəklərdə metobolizmə

uğrayır. D vitamini və onun metobolitləri əsasən nəcislə, az miqdarda isə sidiklə xaric olur. D vitamini yağda

həll olunduğu üçün orqanizmdə akkumulyasiya oluna bilir, buda artıq dozalanma və yüksək dozalarda

uzunmüddətli müalicə zamanı toksik təsirlərə səbəb ola bilər. Böyrək çatışmamazlığı olan xəstələrdə, ürək,

qlikozidlərlə müalicə olunan xəstələr ehtiyatla istifadə edilməlidir. Kalsium və fosfat göstəriciləri nəzarət altında

saxlanılmalı və yumşaq toxumaların kalsifkasiya riski nəzərə alınmalıdır.


GÖSTƏRİŞLƏRİ:

-  Malabsorbsiya olan xəstələrdə D vitamini çatışmamazlığının müalicə və profilaktikasında;

-  Uşaqlarda raxitin müalicəsi. D vitamini çatışmamazlığının müalicəsi;

-  D vitamini çatışmamazlığı ilə bağlı osteomalyasiyanın müalicəsi;

-  Kalsium və təyin olunan osteoporoz əleyhinə vasitələrdə birlikdə osteoporozun müalicəsində;

-  Sınıq riski yüksək ola xəstələrdə D vitamini çatışmamazlığı zamanı;

-  İkincili hiperparatireodizmin müalicəsi.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

-  Preparat aşağıdakı hallarda diqqətlə istifadə olunmalıdır;

-  İmmobilizasiya olunmuş xəstələrdə;

-  Benzotiadiazin törəmələri olan diuretiklərlə müalicə alan xəstələrdə;

-  Anamnezdə, böyrəklərdə daşları olan xəstələrdə;

-  Sarkoidoz olan xəstələrdə. Psevdohipopartireodizm olan xəstələrdə.

ƏKS GÖSTƏRİŞLƏRİ:

D vitaminə qarşı yüksək həssaslıq. Ağır hepertoniya zamanı yüksək dozalarda uzunmüddətli müalicəsi, ciddi

ateroskleroz, aktiv formada ağciyər vərəmi, D hipervitaminozu, böyrəklərdə kalsium tərkibli duşlar zamanı.

QƏBUL QAYDASI:

İstifadə etməzdən əvvəl yaxşı çalxalanmalıdır.

0-1 yaşlı uşaqlarda 5 damcı gündə bir dəfə;

1-3 yaşlı uşaqlarda 10 damcı gündə bir dəfə;

3-6 yaşlı uşaqlarda 10 damcı gündə iki dəfə;

6-12 yaş arası 20 damcı gündə iki dəfə.

Hər 10 ml-də:

Kolekalciferol ( Vitamin D3 )................15000 BV.