FLOXEDOL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Floksedol, ofloksasinə qarşı həssas mikroorqanizmlərin törətdiyi göz infeksiyalarında istifadə edilir:
- Konyunktivit ( konyuktivanın iltihabı );
- Blefarit ( göz qapağının iltihabı );
- Blefarokonyunktivit ( konyuktivanın və göz qapaqlarının iltihabı );
- Dakriosistit ( göz yaşı kanalının iltihabı );
- Keratit ( buynuz qişanın xorası ).
ƏKS GÖSTƏRİŞLƏR:
- Preparatın istənilən komponentlərinə və xinolonlara ( siprofloksasin, levofloksasin və norfloksasin )
qarşı yüksək həssaslıq.
İSTİFADƏ QYADASI VƏ DOZASI:
Müalicə müddəti və dozalanma həkim tərəfindən hər bir pasiyent üçün fərdi müəyyən edilir.
Böyüklər və 1 yaşdan yuxarı uşaqlarda məsləhət görülən doza.
1-ci və 2-ci gün
|
2 və ya 4 saatdan bir 1-2 damcı
|
3-cü gündən başlayaraq
|
Gündə 4 dəfə ( hər 6 saatdan bir )
|
Daha ağır hallarda ( keratit )
|
Tətyinat, 1-2 damcı hər 1 və ya 2 saatdan bir artırılır.
|
ƏLAVƏ TƏSİRLƏR:
Tezlik
|
əlavə təsirlər
|
Nadir
|
Gözlərin müvəqqəti qıcıqlanması:
- Sancma və gözdə diskomfort;
- Yanma hissi;
- Gözün qızarması;
- Qaşınma ( dərinin qıcıqlanması );
- Fotofobiya ( işiğa həssaslıq ).
|
Çox nadir
|
- Başgicəllənmə;
- Ürəkbulanma.
|
Məlum deyil ( əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil )
|
Ciddi əlavə təsirlər:
- Ofloksasin istifadəsindən sonra dəridə hədəfəbənzər, qırmızı və ya mərkəzində suluqlar olan dairəvi ləkələr kimi həyat üçün təhlükəli olan dəri səpgiləri ( Stivens-Conson sindromu, toksik epidermal nekroliz ).
Qeyri-ciddi əlavə təsirlər:
- Gözlərin ətrafında şişkinlik ( göz qapaqlarının şişkinliyi daxil olmaqla )
|
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması barədə məlumat yoxdur. Preparat səhvən daxilə qəbul edildikdə, həkimə və ya əczaçıya
müraciət etmək lazımdır.
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 3 mq ofloksasin vardır.
Köməkçi maddələr: natrium dihidrofosfat monohidrat, natrium hidrofosfat dodekahidrat, natrium xlorid,
benzalkonium xlorid, yaxşı təmizlənmiş su, xlorid turşusu və ya natrium hidroksid ( pH tənzimləyən ).