Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

SEKNİDOKS

5.96 AZN
SEKNİDOKS
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Trixomonad uretritlər və vaginitlər;

-  Bakterial vaginoz;

-  Bağırsaq amöbiazı;

-  Qaraciyər amöbiazı;

-  Lyamblioz.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;

-  MSS-in üzvi xəstəlikləri;

-  Hamiləlik və laktasiya dövrü.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Seknidoks daxilə yeməkdən bilavasitə əvvəl, bir qədər su ilə qəbul edilir.

Böyüklər:

Trixomonad uretritlər və vaginitlər, bakterial vaginoz: birdəfəlik 2,0 q ( 2 tablet ).

Bağırsaq amöbiazı:

-  Kəskin simptomataik amöbiaz: birdəfəlik 2,0 q ( 2 tablet ).

-  Ocaqlı və sist forma daxil olmaqla simptomsuz amöbiaz: 3 gün ərzində hər gün 1 dəfə 2.0 q ( 2 tablet ).

Qaraciyər amöbiazı: hər gün 1,5 tablet ( 1,5 q ) birdəfəlik və ayrı-ayrı doza şəkilində 5 gün ərzində.

Uşaqlar:

Bağırsaq amöbiazı:

-  Kəskin simptomatik amöbiazı: birdəfəlik 2,0 q ( 2 tablet ).

-  Ocaqlı və sist forma daxil olmaqla simptomsuz amöbiaz: 5 gün ərzində, hər gün 30 mq/kq bədən kütləsinə

dozada birdəfəlik və ya bir neçə qəbula.

Lyamblioz: birdəfəlik 30 mq/kq bədən kütləsinə.

ƏLAVƏ TƏSİRƏ:

Seknidoksun qəbulu pasiyent tərəfindən yaxşı keçirilir, lakin əlavə təsirlərin yaranması mümkündür.

Həzm sistemində baş verən pozğunluqlar: həzmin pozulması, ürəkbulanma, mədə nahiyəsində ağrı, ağızda

“metal” dadı, qlossit, stomatit.

Az yayılmış.

Qanyaradıcı sistemdə baş verən pozğunluqlar: mülayim geridönən leykopeniya.

Allergik reaskiyalar: övrə.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları: əlavə təsirlərin güclənməsi mümkündür.

Müalicəsi: spesifik antidotu yoxdur. Ehtiyac olduqda simptomatik müalicə aparılır.

Təsiredici maddə: 1 tabletin tərkibində 1 q seknidazol vardır.

Köməkçi maddələr: qarğıdalı nişastası, maqnezium stearat, kalsium hidrofosfat dehidrat, mikrokristallik sellüloza,

povidon ( K30 ), natrium nişasta qlikolyatı, talk.