N10 KAPSULA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Astenik və həyəcanlı-nevrotik vəziyyətlər: narahatlıq, qorxu, həyəcan: zəhlətökən halların nevrozu,
psixopatiya; yaşlı insanlarda-yuxusuzluq, gecələr narahatlıq;
- Əməliyyatlardan və ya ağrılı diaqnostik müayinələrdən əvvəl stress vəziyyətlərinin profilaktikası;
- Menyer xəstəliyi ( daxili qulağın xəstəliyi ), vestibulyar analizatorun müxtəlif genezli disfunksiyası ilə bağlı
olan başgicəllənmələrin profilaktikası;
- Kinetozların ( vestibulayr analizatorun xarakterik simptomlarla: gəmidə və ya təyyarədə olma nəticəsində
əmələ gələn ümumi halsızlıq, ürəkbulanma, qusma ilə müşayiət olunan spesefik pozğunluqları ) profilaktikası;
- Uşaqlarda-kəkələmənin, enurezlərin, tiklərin müalicəsi;
- Alkoqol abstinensiyası sindromunun ( psixopatoloji və somatovegetativ pozğunluqların ) aradan
qaldırılmasının kompleks müalicəsində köməkçi vasitə kimi.
ƏKS GÖSTƏRİŞLƏR:
- Təsiredici maddəyə və ya preparatın köməkçi maddələrinə qarşı həssaslığın artması.
- Hamiləlik və laktasiya dövrü.
İSTİFADƏ QAYDASI:
Astenik və həyəcanlı-nevrotik vəziyyətlər: böyüklərə-gündə 3 dəfə, hər dəfə 250-500 mq. Ən yüksək birdəfəlik
dozalar: böyüklər üçün 750 mq, 60 yaşdan yuxarı böyüklər üçün 500 mq. Müalicə kursu 2-3 həftədir. Lazım
gəldikdə kursu 4-6 həftəyə qədər uzatmaq olar.
Uşaqlar: 8-14 yaşlı uşaqlara gündə 3 dəfə, hər dəfə 250 mq təyin edilir. 14 yaşdan böyük uşaqlara böyüklərin
dozası təyin edilir.müalicənin davam etdirilmə müddətini həkim təyin edir.
ƏLAVƏ TƏSİRLƏR:
Digər dərman vasitələri kimi, Noofen də əlavə təsirlərə səbəb ola bilər, lakin bu reaksiyalar heç də bütün
xəstələrdə təzahür olunmur. Noofenə qarşı dözümlülük adətən yaxşı olur.
Preparatın ilk dəfə qəbulu və ya doza həddinin aşılması zamanı aşağıdakı hallar baş verə bilər:
Sinir sistemində pozğunluqlar: yuxululuq.
Mədə-bağırsaq traktında pozğunluqlar: ürək-bulanma.
İmmun sistemdə pozğunluqlar: nadir hallarda-allergik reaksiyalar ( dəridə səpgilər, qaşınma ).
Qaraciyər və ödçıxarıcı yollarda pozğunluqlar: yüksək dozaların uzun müddət qəbul edilməsi zamanı-
hepatotoksiklik.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması haqqında məlumatlar yoxdur. Preparat az toksikidir.
Simptomları: yuxululuq, ürəkbulanma, qusma, başgicəllənmə. Yüksək dozaların uzun müddət qəbul edilməsi
zamanı eozinofiliya, arterial hipotenziya, qaraciyərin piy distrofiyası, böyrək funksiyalarının inkişaf edə bilər.
Müalicəsi: zəhərlənmə zamanı mədə yuyulur, aktivləşdirilmiş kömür verilir, dəstəkləyici və simptomatik müalicə
Təsiredici maddə: 1 kapsulda 250 mq y-amin-b-fenilyağ turşusu hidroxlorid olur.
Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, kalsium stearat.
Kapsulun korpus və qapağının tərkibi: titan 4-oksid E171, jelatin.