QLİSERİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Müxtəlif etiologiyalı qəbizliyin imptomatik müalicəsi ( o cümlədən hamiləlik və laktasiya dövründə ). Defekasiya
zamanı güc verə bilməyən pasiyentlərdə qəbizliyin profilaktikası.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməməzliyi, kəskinləşmə mərhələsində
babasil, düz bağırsağın iltihabi xəstəlikləri və şişi, qarın nahiyəsində müəyyən edilməmiş ağrı.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Yeməkdən 15-20 dəqiqə sonra rektal yolla istifadə edilir. 2,11 q-lıq suppozitoriyalar: böyüklər və 7 yaşdan
yuxarı uşaqlarda sutkada 1 dəfə 1 şam təyin edilir. 1,24 q-lıq suppozitoriyalar: istifadəsinə həyatın ilk
günlərindən icazə verilir. 3 yaşadək uşaqlara ½ şam, 3-7 yaşadək uşaqlara sutkada 1 dəfə 1 şam təyin edilir.
Ehtiyac olduqda, dozanı sutkada 2 suppozitoriyaya qədər artırmaq olar.
ƏLAVƏ TƏSİRLƏRİ:
Allergik reaksiyalar, yerli reaksiyalar ( dəri qaşınması və yanması ). Uzunmüddətli istifadə zamanı fizioloji
defekasiya prosesinin zəifləməsi.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması halları qeyd edilməmişdir. Preparatı təlimata uyğun şəkildə istifadə etdikdə, doza
həddinin aşılması halı az ehtimal ediləndir.
Təsiredici maddə: 1 şamın tərkibində 1,24 q və ya 2,11 q qliserol ( qliserin ) vardır.
Köməkçi maddələr: makroqol 400, stearin turşusu 95, natrium karbonat dekahidrat ( 10-susuz natrium karbonat ).