Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

DİCLOFENAC

1.40 AZN
DİCLOFENAC

GÖSTƏRİŞLƏRİ:

-       Dayaq-hərəkət apparatının xəstəliklər ( revmatoid artrit, artrozlar, podaqrik artrit, bursopatiyalar,

 entezopatiyalar,deformasiya edici osteoartroz, sinovitlər və tendosinovitlər, mialgiyalar,miozitlər );

-       Onurğa sütunun xəstəlikləri ( Bexterov xəstəliyi,koksartroz, ankilozasiya, edən spondolit, spondilyoz,

 işias, osteoxondroz,bel-oma düyününün zədələnməsi, radikulitlər );

-       Revmatizm;

-       Nevroloji xəstəlikləri ( nevritlər vənevralgiyalar, miqren tutmaları );

-       Travmadan sonrakı ağrılar ( sınıqlar, dartılmalar,çıxıqlar, əzilmələr );

-       Əməliyyatdan sonrakı ağrılar ( tonzilektormiyadan,qarın boşluğu orqanlarında aparılan əməliyyatdan,

 dişlərin çıxarılmasından sonra);

-       Menstrual ağrılar ( alqodismenoreya ). Yumurtalıqların iltihabı ( salpinqit və ooforit ), uşaqlıq yolunun,

 vulvanın iltihabı xəstəlikləri( patogenetik terapiya );

-       Böyrək və qaraciyər kolikası;

-       QQB – orqanları xəstəliklərinin patogenetik müalicəsi( orta otit, kəskin tonzillit ( angina ), sinusitlər,

 qaymorit );

-       Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarının patogenetik müalicəsi;

-       Görmə orqanlarının xəstəlikləri (blefarokonyuktivit, konyuktivit, keratokonyuktivit, buynuzlu qişanın

 zədələnməsi,gözün və hədəqələrin travması ).

 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:

-       əzələdaxili inyeksiyalar. 1 ampulun içindəkini gündə1 dəfə dərin əzələdaxili yeridirlər

 ( dərialtı və venadaxili şırınqa heç vaxtyeritməyin ). Ağır hallarda gündəlik doza sutkada 2 ampula qədər

 artırılır ( 1inyeksiya başqa-başqa yerlərə ) inyeksiyalar arasında 6 saatlıq intervalla. Maksimal sutkalıq doza

 150 mq-dır. Maksimal doza 5 gündən artıq istifadə olunmamalıdır. Venadaxili damcılı infuziyalar

 ( həkim tərəfindən stasionarda keçirilir );

infuziyadan əvvəl aşağıda qeyd olunan məhlul hazırlanmalıdır:

100-150 ml məhlula0,95-li natrium xloridə və ya 100-150 ml məhlula 5%-li qlükozaya 1 ml 4,2%-li 

natrium bikarbonat 1 ampul Diklofenakı içindəki məhlullardan birinə əlavə edirlər,əmin olun ki, 

şəffaf dənəciksiz, kristalsız və çöküntüsüz məhlul alınıb.

Ancaq şəffaf məhlul istifadə etmək olar:

Venadaxili damcılı istifadə aşağıda qeydolunan üsullardan biri ilə aparıla bilər.

-       25-50 mq Diklofenak 1 saat ərzində. 

Sonra terapevtik effekti saxlamaq üçün Diklofenakı 5 mq/saatda sürətlə yeritmək olar.

-       75 mq 2 saat ərzində.

Maksimal sutkalıq dozanı 150 mq keçməmək şərtiilə.

 

UŞAQLARDA İSTİFADƏ:

Uşaqlara istifadəsi nəzərdə tutulmayıb.

 

ƏKS GÖSTƏRİŞLƏR:

-       Diklofenaka və preparatın komponentlərinə və ya başqa qeyri-steroid iltihab əleyhinə vasitələrlə yüksək 

həssaslıq;

-       Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi;

-       Bağırsağın destruktiv-iltihabi xəstəliyi, kəskinləşmə fazasında;

-       Qanyaranmanın və ya qanın pozulması;

-       “aspirin” bronxial astması;

-       Porfiriya;

-       Hamiləliyin son trimestri, laktasiya dövrü;

-       14 yaşa qədər uşaqlar.

 

ƏLAVƏ TƏSİRLƏRİ:

Mədə-bağırsaq traktı tərəfindən nadir hallarda: ürəkbulanma, eroziv-xora zədələnmələri, 

qanaxmalar, qaraciyərin funskiyasının pozulması ( transaminazanın miqdarının artması, sarılıq hepatit).

 

ARTIQ DOZA QƏBULU:

Simptomları: kəskin baş ağrısı, hərəkioyanaqlıq, başgicəllənməsi, qıcolmalar, ürəkbulanma,qusma, 

qanla qusma,diareya, eroziya, xoranın yaranması və qanaxmaları.

Müalicəsi: sürətləndirilmiş diurez, Arterial təzyiqin normallaşdırılası üçün simptomatik terapia aparılır, 

qıcolmalar zamanı-diazepam,fenobarbital. Hemodializ az effektivdir.


Aktiv tərkib: 75 mq/3 ml diklofenak natrium.

Köməkçi maddələr: benzil spirti, inyeksiya üçün su.