İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Daxili orqanların saya əzələlərinin spazmaları zamanı zəif və yaxud nəzərə çarpan ağrı
sindromu – böyrəkdaşı xəstəlikləri, sidikifraz edən yolların ağrı və dizuriya ilə müşayiət olunan
iltihab xəstəlikləri, mədə və bağırsaq sancıları, öddaşı xəstəlikləri, öd yollarının diskineziyası; ağrı ilə
müşayiət olunan menstruasiya dövrü.
ƏKS GÖSTƏRİŞLƏR:
- Preparatın komponentlərinə qarşı allergiya;
- Mədə-bağırsaq keçməzliyi və meqakolon;
- Öd və sidik kisəsinin atoniyası;
- Ağır böyrək və qaraciyər çatışmazlığı;
- Hematoloji xəstəliklər ( aqranulositoz vəleykopeniya );
- Hamiləlik və laktasiya dövrü;
- Qlükoza – 6-fosfat dehidrogenazın çatışmazlığı;
- Porfiriya;
- Bağlı bucaqlı qlakuoma.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Tövsiyə olunan sutkalıq doza:
Böyüklər və 15 yaşından yuxarı olan uşaqlar üçün: gündə 2-3 dəfə 1-2 tablet.
Maksimal sutkalıq doza:
6 tabletdir.
13 yaşından 15 yaşına qədər olan uşaqlar üçün:
Gündə 2-3 dəfə 1 tablet. Maksimal sutkalıq doza – 3 tabletdir.
9 yaşından 12 yaşına qədər olan uşaqlar üçün:gündə 2-3 dəfə ½ tablet şəkilində.
Maksimal sutaklıq doza – 2 tabletdir.
DOZA HƏDDİNİN AŞILMASI:
Preparatın dozadan artıq qəbul olunması zamanı allergik reaksiyalar, qan laxtalandıran
funksiyaların zədələnməsi simptomları,mədə-bağırsaq pozğunluqları və beyinin zədələnməsi
halları baş qaldırır. Xəstələrdə preparatın dozadan artıq qəbulu nəticəsində müşahidə olunan
zəhərlənmə zamanı dərhal preparatın qəbulunu ləğv etmək və onun orqanizmdən daha sürətlə xaric
olunması üçün bir sıra tədbirləri həyata keçirmək lazımdır.
Təsiredici maddə: 1 tabletin tərkibində metamizol-natrium 500 mq, pitofenon-hidroxlorid 5 mq, fenpiverinium bromid 0,1mq.
Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, jelatin, talk, maqnzium-stearat, natrium-hidro karbonat.