İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Amoksiklav böyüklərdə və uşaqlarda aşağıdakı infeksiyaların müalicəsi üçün göstərişdir:
- Kəskin bakterial sinusit ( lazımı şəkildə diaqnozlaşdıran );
- Kəskin orta otit;
- Xroniki bronxitin kəskinləşməsi ( lazımı şəkildə diaqnozlaşdırılan );
- Xəstəxanadan kənar pnevmoniya;
- Sistit;
- Pielonefrit;
- Dərinin və yumşaq toxumaların infeksiyaları, əsasən dərialtı hüceyrə toxumasının iltihabı, heyvan dişləməsi və yaraları,
yayılmış fleqmona ilə digər ağır abssesi;
- Sümüklərin və oynaqların infeksiyaları, əsasən osteomielit.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın təsiredici və ya köməkçi maddələrinə,həmçinin istənilən penisillinlərə qarşı yüksək həssaslıq.
Anamnezdə amoksisllin/klavulan turşusunun qəbul edilməsi fonunda sarılıq və ya qaraciyərin digər pozğunluqları.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Daxilə qəbul edilir. Konkret infeksiyanın müalicəsi üçün dozanın seçilməsi zamanı aşağıdakı amilləri nəzərə almaq lazımdır.
- Ehtimal edilən törədicilər və onların antibakterial preparatlara qarşı mümkün olan həssaslığı;
- İnfeksiyanın ağırlığı və lokalizasiyası;
- Yaş, kütlə və böyrəklərin funskiyaları.
Böyüklər:
Tövsiyə olunan dozalar:
- Standart doza ( bütün göstərişlər üçün ) – bir tablet gündə iki dəfə;
- Daha yüksək doza ( xüsusilə də orta otit, sinusit,aşağı tənəffüs yollarının və sidik çıxarıcı yollarının infeksiyaları kimi
infeksiyaların müalicəsi üçün ) – bir tablet gündə 3 dəfə;
Yaşlı xəstələr:
Dozanın korreksiyası tələb olunur.
ƏLAVƏ TƏSİRLƏR:
İnfeksion və parazitar xəstəliklər:
Tez-tez: dəri və selikli qişaların kandidozu.
Nəməlum tezliklə: qeyri-həssas mikro orqanizmlərin həddindən artıq inkişaf etməsi.
İmmun sistemdə baş verən pozğunluqlar:
Nəməlum tezliklə: angionevrotik ödem,anafilaksiya, zərdab xəstəliyinə bənzər sindrom, allergik vaskulit.
DOZA HƏDDİNİN AŞILMASI:
Mədə-bağırsaq simptomlarının inkişafı,su-elektrolit balansının pozulması mümkündür. Bəzən böyrək çatışmazlığına gətirib
çıxaran amoksisillin-assosiasiya olunmuş kristalluriya halları müşahidə olunmuşdur.
Amoksisillin və klavulan turşusu orqanizmdən hemodializ yolu ilə xaric edilə bilər.
Təsiredici maddələr: hər tabletin tərkibində 875 mq amoksisillin ( trihidrat şəkilində) və 125 mq klavulan turşusu ( kalium duzu şəkilində ) vardır ( 7:1 nisbətində).
Köməkçi maddələr: kolloidal susuz silisisum dioksid, krospovidon, natrium kroskarmelloza, maqnezium stearat,mikrokristallik sellüloza.