SUVASTİN-nin tərkibinə daxil olan fermentlər nazik bağırsağın qələvi mühitində azad olur, çünki onlar
şirəsinin təsirindən qorunan kapsullarda qablaşdırılıb.
Preparatın maksimal fermentativ aktivliyi peroral qəbuldan sonra 30-45 dəq ərzində qeyd olunur.
GÖSTƏRİŞLƏRİ:
- Mədəaltı vəzin ekzokrin funksiyasının çatışmazlığı zamanı yaranan xətəliklərdə: xroniki pankreatit,
mukovissidoz;
- Mədə, bağırsaq, qaraciyər, öd kisəsinin xroniki iltihabi-distrofik xəstəliklərində;
- Mədə və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlardan sonra;
- MBT orqanlarının rezeksiyasından sonra yaranan həzm pozğunluğu, meteorizm, diareyanın kompleks
müalicəsində;
- Mədəaltı vəzin xərçəngində;
- Pankreatik və yaxud ümumi öd axarının obstruksiyası ( məs: şiş nəticəsində );
- Qarın boşluğu orqanlarının rentgenoloji və ultrasəs müayinəsinə hazırlıq dövründə.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:
Mədəaltı vəzin funksiyalarının çatışmazlığının dərəcəsindən asılı olaraq doza seçilir. SUVASTİN 1-4 kapsul
hər
qida qəbulu zamanı daxilə qəbul olunur. Kapsulu daxilə yemək zamanı, yaxud yeməkdən doza 6-18
kapsula
qədər təşkil edə bilər. Müalicə kursu bir neçə gündən bir neçə aya qədər davam edə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ:
Suvastin pasientlərdə orqanizm tərəfindən yaxşı mənimsənilir. Əksər hallarda hətta uzunmüddətli,
yüksək
dozalarda qəbulu zamanı heç bir əlavə təsir müşahidə edilməmişdir. Nadir hallarda, nəcisin
konsistensiyasında
və iyində dəyişikliklər, dəridə xırda səpgilər baş verir. Digər əlavə təsirlər müşahidə edildikdə dərhal
həkimə
müraciət edilməlidir.