İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
HELMİZOL orqanizmdə aşağıdakı növ qurd invaziyaların, həmçinin dozun soliteri və öküz soliteri kimi
parazit növlərinin invaziyalarında istifadə olunur: Exinokok kistası, Askaridoz, Enteribioz (Oksiuriaz ),
Trixuriaz, Nematodoz, Trixianoz, Lyamblioz və s.
ƏKS GÖSTƏRİŞLƏR:
Aşağıdakı hallarda Helmizolu ehtiyatla isitfadə edin:
- Qaraciyər problemləri olduqda və ya qaraciyər funskiyasını təyin edən testlərdə normaya uyğun olmayan
nəticələr təyin olunduqda;
- Helmizol infekiyaya qarşı mübarizdə iştirak edən qan hüceyrələrinin səviyyəsini azalda bilər. Bu,
qanaxmalara qarşı həssaslığı artırıla bilər və ətrafdakı infeksiyalarla tez yoluxmağınıza səbəb ola bilər.Buna
görə də bu qan hüceyrələrinin səviyyəsi çox aşağı olduqda Helmizolu xüsusi ehtiyatla istifadə edin.
Yuxarıda sadalanan hallarda hər hansı bir hətta keçmişdə də olsa sizə aiddirsə, bu barədə həkiminizə
məlumat verin.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Tableti mədə dolu olduqda, ən azı bir stəkansu ilə ( təqribən 120 ml ) qəbul edin. Tabletləri həmişə
həkiminizin təyinetdiyi qaydada qəbul edin. Ümumi doza rejimi aşağıdakı kimidir:
Exinokokk kistası:
Bədən kütləi 60 kq və daha çox olan şəxslər:
400 mq gündə 2 dəfə yeməklə birlikdə 15 mq/kqdoza. Sonra 14 gün fasilə verilir. Bu sxem 3 dəfə təkrar
olunur.
Bədən kütləsi 60 kq-dan az olan şəxslər:
28 gün ərzində gündə 2 dəfə yeməklə birlikdə15 mq/kq doza. Sonra 14 gün fasilə verilir. Bu sxem 3 dəfə
təkrar olunur.
Neyrosistitserkoz:
Bədən kütləsi 60 kq və daha çox olan şəxslər:
8-30 gün gündə 2 dəfə yeməklə birlikdə 400mq.
Bədən kütləsi 60 kq-dan az olan şəxslər:
8-30 gün gündə 2 dəfə yeməklə birlikdə 15mq/kq.
Uşaqlara istifadəsi:
6 yaşdan aşağı uşaqlara istifadəsi barədə məlumat məhduddur.
Yaşlılara istifadəsi:
Böyüklər üçün doza istifadə oluna bilər.
DOZA HƏDDİNİN AŞILMASI:
Lazım olduğundan artıq Helmizol qəbuletmisinizsə, həkimlə və ya əczaçı ilə əlaqə saxlayın. Dəstəkləyici
və yasimptomataik müalicə istifadə oluna bilər.
ƏLAVƏ TƏSİRLƏR:
Aşağıda göstərilən hallardan hər hansı biribaş verərsə, Helmizolla müalicəni dayandırın və dərhal
həkiminizə və ya yaxınlıqdakı xəstəxanaya müraciət edin:
- Övrə ( yayılmış qaşınma ilə keçən dəri reaksiyası);
- Tənəffüsün çətinləşməsi;
- Üz, dodaq, dil və udlağın ödemi.
Aşağıdakı əlavə təsirləri aşkar etmisinizsə,dərhal həkiminizə və ya yaxındakı xəstəxananın təcili yardım
şöbəsinə müraciətedin:
- Göyrəmələr və ya qanaxma, zəiflik;
- Qızdırma, boğaz ağrısı, kəskin başağrısı, avazıma vəqırmızı dəri səpgiləri;
- Titrəmə ilə qızdırma, bədən ağrısı və soyuqdəymə əlamətləri.
Aşağıda sadalanan əlavə təsirlər meydanaçıxarsa, həkiminə məlumat verin:
- Mədə ağrısı;
- Ürəkbulanma, qusma;
- Başağrısı, başgicəllənməsi;
- Müvəqqəti saç tökülməsi.