MİLQAMMA 2ML (AMPULA)
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Sinir sisteminin müxtəlif mənşəli xəstəliklərinin patogenetik və simptomatik müalicəsi üçün istifadə olunur:
nevritlər, nevralgiyalar, üz sinirinin parezi, retrobulbar nevrit, qanqionitlər ( kəmərləyəci dəmrov da daxil
olmaqla ), ( diabetik, alkoqol və s. ) xüsusilə yuxarı yaş qrupunda əzələlərin gecə qıcolmaları, onurğanın
osteoxondorzunun nevroloji təzahürləri: radikulopatiyalar, lumboişialgiya, əzələ-tonik sindromlar.
ƏKS GÖSTƏRİŞLƏR:
Dekompensəolunmuş ürək çatışmazlığı. Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Uşaq yaşları.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Kəskin ağrı sindromu zamanı müalicəni gündə 2 ml olmaqla, 5-10 gün ərzində əzələ daxilinə ( dərinə )
yeritməklə başlamaq məqsədə uyğundur. Sonra müalicəni preparatı daxilə qəbul etməklə və ya inyeksiyaların
sayını azaltmaqla ( 2-3 həftə ərzində və hər həftədə 2-3 dəfə olmaqla ) davam etdirmək lazımdır. Daha sonra
müalicəni preparatın daxilə qəbul edilən formaları ilə davam etdirmək məsləhətdir.
ƏLAVƏ TƏSİRLƏRİ:
Allergik reaksiyalar mümkündür. Ayrı-ayrı hallarda tərləmə, taxikardiya, səpgilər meydana çıxa bilər. Qaşınma,
övrə, tənəffüsünün çətinləşməsi. Kvinke ödemi, anafilaktik şok şəkilində dəri reaksiyaları müşahidə
olunmuşdur.
DOZA HƏDDİNİN AŞILMASI:
Preparatın çox tez yeridilməsi zamanı başgicəllənmə, aritmiya, qıcolma mümkündür. Bunlar həmçinin yüksək
doza qəbulu zamanı da meydana çıxa bilər. Yüksək doza qəbulunun müalicəsi simptomatikdir.
1 ml məhlulun tərkibində aşağıdakı maddələr vardır:
Təsiredici maddələr: tiamin-xlorid-hidroxlorid-50 mq, piridoksin-hidroxlorid-50 mq, sianokobalamin-0,5 mq,
lidokain-hidroxlorid-10 mq.
Köməkçi maddələr: benzil spirti, natrium-polifosfat, heksasianoferrat, natrium-hidroksid, inyeksiya üçün su.