RİLEPTİD 2 MG
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Reliptid aşağıdakı xəstəliklərin müalicəsi üçün istifadə edilir:
- Şizofreniya: bu xəstəlik zamanı siz olmayan hadisələri görə, eşidə və ya hiss edə, gərçəkdə baş
verməyənlərə inana, hər şeyə şübhə ila yanaşa bilərsiniz, eyni zamanda şurunuz dumanlana bilər;
- Maniyalar: bu zaman yüksək həyacan, çox yaxşı əhval-ruhiyyə, aktivliyin artması baş verə bilər. Maniyalar:
“bipolyar pozğunluq” zamanı rast gəlir;
- İntellekt aşağı səviyyədə olan 5 və yuxası yaşlı uşaqlarda və əqli inkişaf gecikmiş yeniyetmələrdə davamlı
aqressiyanın qısamüddətli ( 6 həftəyə qədər ) müalicəsi.
Releptid örtüklü tabletlərin təsirinə və istifadəsinə dair sualınız yaranarsa, həkiminizə müraciət edin.
ƏKS GÖSTƏRİŞLƏR:
Risperdiona və ya preparatın tərkibində olan köməkçi maddələrdən, hər hansı birinə qarşı yüksək həssaslıq
( allergiya ).
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Şizofreniya müalicəsi:
Böyüklər:
- Tövsiyə olunan 2 mq ilk doza, ikinci gün 4 mq-a qədər artırıla bilər.
- Lazım gələrsə sizin müalicəyə cavab reaksiyasından asılı olaraq həkim dozaya dəyişiklik edə bilər;
- Pasiyentlərin əksəriyyətində 4 mq-dan 6 mq-a qədər gündəlik doza qəbulu zamanı yaxşılaşma baş verir;
- Sutkalıq dozanı bir və ya iki dəfəyə ( səhər və axşam ) qəbul etmək olar.
Qəbul ediləcək tabletlərin sayını həkiminiz sizin vəziyyətinizi nəzərə alaraq təyin edəcək.
Yaşlılar:
- Adətən, böyüklər üçün tövsiyə olunan dozanın yarısı təyin edilir;
- Sonra sizin gündəlik dozanız iki qəbula bölməklə, tədricən 1 və ya 2 mq-a qədər artırıla bilər;
Qəbul ediləcək tabletlərin sayını həkiminiz sizin vəziyyətinizi nəzərə alaraq təyin edəcək.
Uşaq və yeniyetmələr:
18 yaşa qədər uşaq və yeniyetmələr şizofreniyanın müalicəsi üçün Rileptid qəbul erməməlidilər.
DOZA HƏDDİNİN AŞILMASI:
- Dərhal həkimə müraciət edin. Qalan tabletləri və təlimatı özünüzlə götürün.
- Doza həddinin aşılması zamanı sizdə yuxululuq, yorğunluq, anormal bədən hərəkətləri inkişaf edə bilər,
bədnin dik saxlanılmasında, yeriməkdə problemlər yarana bilər, başgicəllənmə, arterial təzyiqinin düşməsi,
qeyri normal ürək döyüntüləri və qıcolma baş verə bilər.
ƏLAVƏ TƏSİRLƏR:
Hər bir dərman vasitəsi kimi, bu preparat da bəzi pasiyentlərdə əlavə təsir effektini yarada bilər.
Aşağıdakı hallar inkişaf edərsə, dərhal həkiminizə məlumat verin:
- Venaların trombozu, xüsusilə aşağı ətraflarda ( ödem, ağrı və ətrafların qızarması ). Qan laxtaları damar
vasitəsilə ağciyərə düşərək, sinə ağrılarına və təngənəfəsliyə səbə ola bilər. Bu simptomların hər hansı birini
müşahidə etsəniz, dərhal həkimə müraciət edin.
- Demensiyadan əziyyət çəkirsinizsə və sizdə qəfil ruhi dal dəyişkliyi və ya zəyiflik baş verirsə, və ya üz, əl və
ya ayaqlarda keyləşmə inkişaf edirsə ( xüsusilə bədənin bir tərəfində ) və ya nitqiniz anlaşılmaz olursa
( hətta qısa müddət ərzində ). Bunlar hamısı isult əlamətləri ola bilər.
Yüksək qızdırma, əzələ rigidliyi gərginliyi , yuxululuq, şüurun
Təsiredici maddə: 1 tabletin tərkibində müvafiq olaraq 1 mq, 2 mq, 3 mq və 4 mq risperidon vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, mikrokristallik sellüloza, maqnezium stearat, susuz
kolloidal, silisium dioksid, natrium laurilsulfat.