Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

NUKLEO Ç M F FORTE NUCLEO C M P FORTE

26.00 AZN
NUKLEO Ç M F FORTE NUCLEO C M P FORTE

İNYEKSİYA MƏHLULU :

Təsiredici maddələr :

Sitidin – 5 – dinatrium monofosfat ( SMF dinatrium duzu ) .......... 10mq

Uridin – 5 trinatrium trifosfat ( UTF trinatrium duzu )

Uridin – 5 dinatrium difosfat ( UDF dinatrium duzu )

Uridin – 5 – dinatrium monofosfat ( UMF dinatrium duzu )

Ümumilikdə ( müvafiq olaraq 2,660 mq uridinə ekvivalent ) ......... 6mq

Köməkçi maddələr : mannitol.

Həlledici : 1 ampulda 9 mq natrium – xlorid və həlledici məhlulun həcmi 2ml-ə çatana qədər inyeksiya üçün su vardır.

Osteoartikulyar (oturaq siniri , radikulopatiya və s. ) , metabolik ( diabetik , alkoqol polinevriti və s. ) , infeksiya (kəmərləyici

dəmrov ) mənşəli və orqanizmin həddən soyuması nəticəsində yaranan neyropatiyaların müalicəsi.Üz sinirinin ,üçlü sinirin ,

qabırğaarası və bel nahiyəsində onurğa ( lümbar ) sinirlərinin iltihabı zamanı müşahidə olunan ağrılar.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentindən hər hansı birinə qarşı allergiya ( yüksək həssaslıq ).

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

İstifadə oluna bilər.Preparatın dozalanma rejiminin həkim tərəfindən təyin edilməsi tövsiyə olunur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Nucleo C.M.P. Forte kapsulları peroral yolla ( daxilə ) təyin olunur.Həkim tərəfindən digər təyinat olmadıqda qəbul qaydası

aşağıdakı kimidir :

Böyüklərə : gündə 2dəfə 1-2 kapsul

Uşaqlara : gündə 2dəfə 1 kapsul

Nucleo C.M.P. Forte inyeksiya əzələdaxili yolla təyin olunur. Həkim tərəfindən digər təyinat olmadıqda qəbul qaydası aşağıdakı

kimidir :

Həlledici məhlul ampuladan tam həcmində çəkilərək digər ampulada olan liofilizəedilmiş tozun üzərinə əlavə edilməli və

alınmış yeni məhlul tam həll olunana qədər müəyyən müddət silkələnməlidir.

Uşaqlarda : günaşırı ( 2gündə 1dəfə ) əzələ daxilinə 1 inyeksiya.
ƏLAVƏ TƏSİRLƏRİ :

Məlum deyildir.Preparatdan istifadə müddətində hər hansı bir əlavə təsir müşahidə olunarsa həkimə və ya əczaçıya müraciət

etmək lazımdır.
DOZANIN HƏDDİNİN AŞILMASI :

Preparatın toksiki təsiri nadir hallarda müşahidə olunduğuna görə müstəsna hallardan başqa intoksikasiya riski nəzərə alınmır.


 
TƏRKİBİ :

Kapsullar :

Təsiredici maddələr :

1 kapsulda vardır :

Sitidin – 5 – dinatrium monofosfat ( SMF dinatrium duzu ) .......... 5mq

Uridin – 5 trinatrium trifosfat ( UTF trinatrium duzu )

Uridin – 5 dinatrium difosfat ( UDF dinatrium duzu )

Uridin – 5 – dinatrium monofosfat ( UMF dinatrium duzu )

Ümumilikdə ( müvafiq olaraq 1,330 mq uridinə ekvivalent ) ......... 3mq

Köməkçi maddələr : limon turşusu , natrium – sitrat dihidrat , maqnezium – stearat kolloidal silisium 4 – oksid ( Aerosil 200 ) ,

mannitol.