Farmakoloji xüsusiyyətləri
Ambroksol mukolitik və bəlğəmgətirici təsir göstərərək tənəffüs yollarında toplanmış qatı və özlü bəlğəmin xaric olmasını
asanlaşdırır. Aromatizə olunmuş şərbət Mukolin uşaqlarda və yaşlı şəxslərdəseliyin öskürəklə xaric olunmasını təmin edir.
Ambroksol tez sorulur. Plazmada maksimal səviyyəyə 3 saat ərzində çatır. Yarımparçalanma dövrü 22 saatdır.Qəbul olunan
dozanın 92%- i sidiklə ambroksol və qlükuronid metobolitləri şəklində xaric olunur. Qaraciyərdə metabolizmə uğrayır.
Parçalanmanın sonməhsulu dibromantranilin turşusudur.
İstifadəsinə göstərişlər
Tənəffüs yollarının selikifrazının pozulması və bəlğəmin qatılığının artması ilə müşayiət olunan kəskin və xronik xəstəlikləri
(kəskin və xronik bronxit, asmatik bronxit, bronxialastma, bronxektaziya), həmçinin, laringit, sinusit, rinit.
Əks göstərişlər
Heyvanlar üzərində teratogen effektin qeydə alınmamasına baxmayaraq, hamiləliyin I trimestrində qəbulu məsləhət deyil.
Ambroksol, bromheksin və onların metobolitlərinə yüksəlmiş həssaslığı olan şəxslərə əks göstərişdir.
Uşaqlara:
0-2 yaş - gündə 2 dəfə ½ ölçüqaşığı (2,5 ml),
2-5 yaş - gündə 3 dəfə ½-1ölçüqaşığı (2,5- 5 ml),
5-12 yaş - gündə 2-3 dəfə 1 ölçüqaşığı (5 ml) təyin olunur.
Tərkibi
Təsiredici maddələr: hər 5 ml (1 ölçü qaşığı) şərbətin tərkibində 15 mq ambroksol-hidroxloridvardır.
Köməkçi maddələr: şəkər, qliserin, metilparaben,propilparaben, meyvə cövhəri.