Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

DOSTİNEKS DOSTİNEX

51.34 AZN
DOSTİNEKS DOSTİNEX
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- Doğuşdan sonra fizioloji laktasiyanın qarşısının alınması :

- Doğuşdan sonra artıq başlanmış laktasiyanın zəiflədilməsi :

- Amenoreya , oliqomenoreya , anovulyasiya , qalaktoreya daxil olmaqla hiperprolaktinemiya ilə əlaqədar pozulmaların

müalicəsi .

- Hpofizin prolaktinsekresiya edən adenomaları , idiopatik hiperprolaktinemiya , hiperprolaktinemiya ilə birgə “ boş “ türk yəhəri

sindromu .

ƏKS GÖSTƏRİŞLƏR :

- Kaberqolinə və preparatın digər komponentlərinə qarşı , həmçinin çovdar mahmızının alkoloidlərinə qarşı yüksək həssaslıq :

- 16 yaşa qədər uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb .

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ :

Nəzərə alaraq ki , hamilə qadınlarda DOSTİNEKS preparatının istifadəsi ilə nəzarətli kliniki müayinələr keçirilməyib , hamiləlik

zamanı yalnız artıq dərəcədə ehtiyac olan hallarda preparatın istifadəsi mümkündür , ana və döl üçün fayda / risk nisbəti

nəzərə alınmaqla.

Preparat ana südü ilə xaric olunması haqda məlumat yoxdur . Lakin laktasiyanın qarşısını almaq və ya zəiflətmək üçün

DOSTİNEKS preparatının effekti olmadıqda analar uşağı əmizdirməni dayandırmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Daxilə , yemək zamanı .

Laktasiyanın qarşısının alınması : birdəfəlik 1 mq (0,5 mq – lıq 2 tablet ) , doğuşdan sonra ilk gün .

Başlanmış laktasiyanın zəiflədilməsi 0, 25 mq ( 1 / 2 tablet ) sutkada 2 dəfə hər 12 saatdan bir 2 gün ərzində ( ümumi doza 1

mq – a bərabərdir ).

ƏLAVƏ TƏSİRLƏRİ :

Fizioloji laktasiyanın qarşısını almaq üçün ( birdəfəlik 1 mq ) və laktasiyanın zəiflədilməsi üçün ( 0,25 mq hər 12 saatdan bir 2

gün ərzində ) DOSTİNEKS – in 6 ay ərzində həftədə 1 – 2 mq dozada hiperprolaktinemiya ilə bağlı pozulmaların müalicəsi

üçün istifadəsində əlavə təsirlərin tezliyi 68 % təşkil edib. Əlavə təsirlər əsasən müalicənin ilk 2 həftəsi ərzində əmələ gəlib və

əksər hallarda müalicə davam edərkən və ya  DOSTİNEKS – in ləğv olunmasından bir neçə gündən sonra keçib.

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomları : ürəkbulanma , qusma , dispeptik pozğunluqlar , ortostatik hipotenziya , şüurun qarışması , psixoz ,

hallusinasiyalar . Doza həddinin aşılması zamanı preparatın xaric olması üçün köməkçi tədbirlər həyata keçirilməlidir ( mədənin

yuyulması ) , ehtiyac olduqda arterial təzyiqin sabit saxlanılması üçün tədbir görülməlidir.Dofamin antaqonistərinin təyin

olunması mümkündür .


Təsiredici maddə : hər tabletin tərkibində 0,5 mq kaberqolin vardır.

Köməkçi maddəllər : leysin , susuz laktoza .