İNSULİPON
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
- diabetik polineyropatiya
- alkoqol polineyropatiyası.
ƏKS GÖSTƏRİŞLƏR :
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ :
Preparatı əzələdaxili yeritmək olmaz.
İnsulipon preparatını qəbul edən xəstələr alkoqol qəbulundan imtina etməlidirlər .
Şəkərli diabetli xəstələrdə qanda qlükozanın konsentrasiyasının daimi nəzarət olunması lazımdır , xüsusən müalicənin
başlanğıc mərhələsində.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
İnsuliponun hamiləlik və laktasiya zamanı istifadəsi yalnız o halda mümkündür ki , ana üçün ehtimal olunan faydası döl və uşaq
üçün potensial riskdən üstün olsun.
PEDİATRİYADA İSTİFADƏSİ :
Məlumatlar olmadığı üçün uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyyə olunmur.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
İnsulipon inyeksiya üçün məhlul venadaxilinə gündə 600 mq dozada ( 1 flakon ) istifadə olunur.Venadaxili terapiyanın
davametmə müddəti 2 – 4 həftə təşkil edir.Sonrakı dəstəkləyici terapiya qismində tiokt turşusunu gündə 300 – 600 mq dozada
peroral formada istifadə edirlər.
İnsulipon venadaxili infuziya şəklində ən azı 12 dəqiqə ərzində yeridilir.
ƏLAVƏ TƏSİRLƏRİ :
Əlavə təsirlərin tezliyini müəyyən edən aşağıdakı parametrlər bu şəkildə təyin olunmuşdur: tez – tez ( ≥ 1/100 , lakin < 1/10 ) ,
bəzən ( ≥ 1/1000 , lakin < 1/1000 ) çox nadir hallarda ( < 1/10000 ) , tezliyi məlum deyil
Təsiredici maddə : 1 flakonda 600 mq tiokt turşusu vardır.
Köməkçi maddələr : trometamol , natrium xlorid , trometamol məhlulu 1 M2 inyeksiya üçün su.