AUGENSTOCK NAZİN 0,005 % 0,02 %
GÖSTƏRİŞLƏR :
Augenstock Nazin , kəskin və xroniki , keçici olmayan konyuktivit , konyuktivitə xas olmayan iltihablar , bakterialı və virus
infeksiyalarının müvəfəqiyyətli şəkildə müalicəsindən sonrakı allergiya və gözyaşı kanalının sulaması üçün nəzərdə tutulub ,
süni göz yaşıdır.
DOZA VƏ İSTİFADƏ QAYDASI :
Böyüklər : konyunktiv kisəsinə 1 damcı gündə 3 – 4 dəfə , və ya , həkim tərəfindən müəyyən edildiyi kimi.
Uşaqlar : Naphazoline nitrat və sink sulfat damcısı uşaqlarda tədqiq edilməmişdir.
ƏKS GÖSTƏRİŞLƏRİ :
Sulfat sinkə yüksək həssaslıq.Augenstock Nazin , glaukoma və xüsusən keratokonyuktivit sika ( şeqren quruluğu sindromu )
xəstələrinə əks göstərilib.Augenstock Nazin körpələrdə istifadə edilə bilməz.
XÜSUSİ XƏBƏRDARLIQ VƏ EHTİYAT TƏDBİRLƏRİ :
Yalnız oftalmologiya istifadəsi üçün nəzərdə tutulub.Oral istifadə və ya inyeksiya üçün nəzərdə tutulmayıb.Augenstock Nazin
uzunmüddətli nəzarətsiz istifadəsindən qaçılmalıdır.
Hipertireoz , ürək – damar xəstəliyi , yüksək təzyiq , şəkərli diabet və ya hiperqlisemiya və göz xəstəliyi , infeksiyası və
zədələnməsi olan xəstələrdə diqqətlə istifadə olunmalıdır.
Göz təzyiqinin nəticələri , Augenstock Nazin – in istifadəsindən dəyişə bilər.
Əgər xəstələrin göz prablemləri və ya allergiya ilə bağlı xəstəlik tarixçəsi olarsa , ehtiyat tədbirləri görülməlidir.
İSTİFADƏNİ DAYANDIRIN VƏ HƏKİMƏ MÜRACİƏT EDİN :
- əgər göz ağrısı dəyişiklikləri olarsa , gözdə davamlı qırmızılıq və ya qıcıqlanma yaranarsa
- halı pisləşərsə və ya 72 saatdan çox davam edərsə.
İSTİFADƏ ETMƏYİN :
- ilk açılmadan sonra 30 gündən çox müddətdə
-əgər məhlul rəngini dəyişərsə və ya rəngi tutqun olarsa
UŞAQLARDAN UZAQ SAXLAYIN :
- Əgər udularsa , dərhal tibbi yardıma müraciət edin və ya Zəhərlənmələrə Nəzarət Mərkəzi ilə əlaqə saxlayın.
BU MƏHSULDAN İSTİFADƏ EDƏRKƏN :
- istifadə etdikdən sonra dərhal şüşəni bağlayın
- çirklənmənin qarşısını almaq üçün qabın ucunu hər hansı səthə toxundurmayın
- istifadə etməzdən əvvəl kontakt linzaları çıxarın
XÜSUSİ XƏBƏRDARLIQ :
Hamilələrdə Augenstock Nazin ilə lazımi dərəcədə və yüksək nəzarətli hər hansı bir tədqiqat aparılmamışdır.Hamilə qadınlara
ancaq , ana üçün potensial fayda , döl üçün potensiyal riskdən daha çox olduğu zaman verilməlidir.
Laktasiya zamanı : Augenstock Nazin müalicəsinin ana südünə hər hansı bir təsiri məlum deyil.
YAŞLILARDA İSTİFADƏSİ :
Yaşlılarla başqa yaş qruplarının istifadəsində hər hansı bir müqayisə məlm deyil.
ƏLAVƏ TƏSİRLƏR :
İstifadədən sonra yüngül və keçici yanma hissi baş verə bilər.
Daha az görülən yerlı təsirlər : midriasis , bulanıq görmə və daxili höz təzyinin yüngül artımı.
Uzun müddətli istifadə gözün reaktiv qızarmasına səbəb ola bilər.
DOZA HƏDDİNİN AŞILMASI :
Doza həddinin aşılması və ya bilmədən ağız yolu ilə udulması , xüsusən uşaqlarda bədən istiliyi və bradikardiya , tərləmə
yuxululuq səbəb ola bilər.
Aktiv maddələr : Hər 1 ml – də Nafazolin nitrat BP 0,05 mg və Sink Sulfat BP 0,2 mg.
Qeyri – aktiv maddələr : Hidroksipropil metilseluloz , Bor turşusu , disodium Edetat , sodium xlor , Sodium sitrat , Gliserin , Sodium
Hydroksid , Hydroxlorid turşusu , inyeksiya üçün su
Qoruyucu : Benzolkonium Xlor məhlulu