Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

SORBİFER DURULES N30

6.80 AZN
SORBİFER DURULES N30
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

-  Preparat orqanizmdə dəmir defisiti zamanı anemiyanın müalicəsi üçün istifadə edilir.

-  Hamilə qadınlarda və qan donorlarında qidlanma rasion dəmirin adekvat daxil olunmasını təmin etmədikdə dəmir defisitin

profilaktikası üçün.

İstifadə qaydası və dozası:

Tableti bütöv və ya yarım stəkandan az olmayan su ilə udmaq lazımdır.Tövsiyə edilən doza gündə 1 dəfə 1 tablet.18 yaşa

qədər olan uşaqlara olmaz.Hər pasiyentə uyğun dozanı fərdi olaraq həkim təyin etməlidir. 

ƏKS GÖSTƏRİŞLƏR :

- sizdə təsiredici maddəyə qarşı və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək allergiya vardır.

- dəmirin həddindən artıq yığılması ilə müşayət edilən xəstəlikdən əziyyət çəkirsiniz.

- sizdə qida borusunun daralması və/və ya həzm traktında dəyişiklik vardır.

- sizə bir neçə dəfə qan köıürülüb.

Saxlanma şəraiti: 

15 - 25°C  temperaturda  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

Resept əsasında  buraxılır


 

Təsiredici maddə:hər tabletin tərkibində 320 mq dəmir (II) sulfat (100 mq Fe (II) müvafiqdir) vardır.hər tabletin tərkibində 60 mq

askorbin turşusu vardır.

Köməkçi maddələr:tabletin nüvəsi:povidon,polietilen tozu,karbomer 934 P,maqnezium stearat.

Örtük : hipromelloza,bərk parafin,makroqol 6000,titan 4-oksid,sarı dəmir oksidi.