FİNLİPSAL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
· Epilepsiya
Dərman preparatı qıcolma tutmaları zamanı istifadə üçün göstərişdir :
1.mürəkkəb parsial tutmalar :
2.generalizəolunmuş tutmalar :
3.qarışıq formalar :
· Üçlü sinirin nevralgiyası :
Karbamazepin üçlü sinirin tipik nevralgiyası ilə ağrı sindromunun müalicəsi üçün göstərişdir.
· Litium preparatları ilə müalicəyə cavab verməyən pasiyentlərdə bipolyar affektiv pozğunluqların profilaktikası.
ƏKS GÖSTƏRİŞLƏR :
Karbazepinlə , köməkçi maddələrdən hər hansı birinə və ya digər trisiklik antidepressantlara qarşı yüksək həssaslıq.
MAO – nun ibhibitorları ilə müalicə .
Anamnezdə sümük iliyinin funksional pozğunluğu.
Qulaqcıq – mədəcik blokadası.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Hamilə qadınlarda karbamazepinin istifadəsi ilə nəzarət olunan tədqiatlar aparılmamışdır.
Hamilə və hamiləliyi planlaşdıran qadınlara karbamazepini yalnız o halda t00əyin etmək olar ki , ana üçün fayda döl üçün
potensial təhlükədən üstün olsun.
Laktasiya.
Karbamazepin ana südünə nüfuz edir , süddə onun konsentrasiyası isə qan plazmasındakı səviyyəsinin hətta 60 % - ni təşkil
edir.Südəmər uşaqlarda əlavə təsirlərin baş verməsi riskini nəzərə alaraq , preparatın qəbulu zamanıana südü ilə qidalandırma
dayandırılmalıdır.
ƏLAVƏ TƏSİRLƏRİ :
Karbamazepinlə müalicənin əvvəlində əgər ahıl yaşlı pasiyentlərdə həddindən artıq yüksək doza istifadə olunarsa , bəzi əlavə
təsirlərin çox tez – tez meydana çıxması qeyd edilə bilər.
· Sinir sistemində baş verən pozğunluqlar : başgicəllənmə , başağrısı , ataksiya , yuxuyameyllik , yorğunluq hissi , diplopiya :
· Həzm traktında baş verən pozğunluqlar : ürəkbulanma , qusma :
· Dərinin yüksək həssaslıq reaksiyaları :
DOZA HƏDDİNİN AŞILMASI :
Doza həddinin aşılması zamanı zəhərlənmənin aşağıdakı simptomları müşahidə edilmişdir.
Sinir sistemində baş verən pozğunluqlar : mərkəzi sinir sisteminin depressiyası , deziorientiyası , yuxuyameyllik , oyanıqlıq.
Tənəffüs sistemində , döş qəfəsində və divarlığında baş verən pozğunluqlar : qeyri – müntəzəm tənəffüs , tənəffüsün
ləngiməsi ,ağ ciyərlərin ödemi.
Mədə - bağırsaq traktında baş verən pozğunluqlar : anuriya , oliquriya , sidiyin ləngiməsi.
Resept əsasında satılır...
Təsiredici maddə : 1 tabletin tərkibində 200 mq karbamazepin vardır.
Köməkçi maddələr : mikrokristallik sellüloza , natrium karboksimetilsellüloza , susuz kolloidal silisium 4 oksid , maqnezium –
stearat.