Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

OMNİTUS

5.00 AZN
OMNİTUS
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Istənilən mənşəli quru öskürək ( soyuqdəymə xəstəlikləri , qrip , göyöskürək zamanı və digər vəziyyətlərdə ).

Əməliyyatdan öncəki və əməliyyatdan sonrakı dövrdə , cərrahi müdaxilələrin , bronxoskopiyanın keçirildiyi zaman öskürəyin

qarşısının alınması.

ƏKS GÖSTƏRİŞLƏR :

Hiperhəssaslıq , hamiləlik , laktasiya dövrü , 3 yaşadək uşaqlar.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləliyin I trimestrində və laktasiya dövründə Omnitus şərbətindən istifadə əks göstərişdir.

Preparatdan hamiləliyin  II və III trimestrlərində istifadə yalnız ana üçün gözlənilən faydanın və döl üçün riskin əsaslı

qiymətləndirilməsindən sonra mümkündür.

Laktasiya dövründə preparatın istifadəsi zəruri olarsa , ana südü ilə qidalandırma dayandırılmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Yeməkdən əvvəl , əlavə edilmiş ölçü qaşığından istifadə etməklə , daxilə qəbul edilir.

Uşaqlar :

3 yaşdan 6 yaşadək ( 15 – 22 kq ) – gündə 3 dəfə 2 ölçü qaşığı ( 10 ml )

6 yaşdan 9 yaşadək ( 22 – 30 kq ) – gündə 3 dəfə 3 ölçü qaşığı ( 15 ml )

9 yaşdan böyük (40 kq – dan çox ) – gündə 4 dəfə 3 ölçü qaşığı ( 15 ml )

Böyüklər :

Gündə 3 dəfə 6 ölçü qaşığı ( 30 ml )

ƏLAVƏ TƏSİRLƏRİ :

Ekzantema , ürəkbulanma , ishal , başgicəllənmə , allergik reaksiyalar.

Bu təlimatda qeyd edilməmiş əlavə təsirlər yarandıqda dərman vasitəsindən istifadəni dayandırmaq və həkimə müraciət etmək

lazımdır.

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomlar : ürəkbulanma , qusma , ishal , yuxululuq , başgicəllənmə , arterial təzyiqin düşməsi.

Müalicə : aktivləşdirilmiş kömür , işlədici duzlar , simptomatik müalicə.

Təsiredici maddə : 1 ml şərbətin tərkibində 0,8 mq butamirat sitrat vardır.

Köməkçi maddələr : sorbitol 70 ? , qliserin , natrium saxarin , benzoy turşusu , vanilin , anis yağı , etanol 96 % , natrium –

hidroksid , təmizlənmiş su.