Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

FLOSTERON

26.32 AZN
FLOSTERON
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Böyüklərdə QKS terapiyası vasitəsilə zəruri klinik effektin əldə edilməsinin mümkün olmadığı vəziyyət və xəstəliklərin

müalicəsi 

·  Revmatit artriti , osteoartroz , bursitlər , ankilozlaşdırıcı spondiloartrit , epiondilit , koksiqodiniya , əyriboyunluq , sümük –

əzələ və yumşaq toxuma xəstəlikləri :

·  Bronxial astma , mövsümi qızdırma , allergik bronxit , mövsümi və ilboyu rinit.

·  Atopik dermatit , qəpiyəbənzər ekzema , neyrodermitlər , kontakt dermatit , nəzərəçarpan footodermatit , övrə , qırmızı yastı

dəmrov :

·  Böyrəküstü vəzinin qabıq maddəsinin birincili və ya ikincili çatışmazlığı :

·  Sistem QKS terapiyası tələb edən digər xəstəlik və patoloji vəziyyətlər :

ƏKS GÖSTƏRİŞLƏR :

·  Betametazona və ya preparatın digər komponentinə , eləcə də , digər QKS – lərə qarşı yüksək həssaslıq.

·  Sistem mikozlar.

·  Venadaxili və ya dərialtı yeridilmə.

·  Oynaqdaxili yeridilmə zamanı.

·  Laktasiya dövrü.

·  Kəllə - beyin travması nəticəsində baş beynin ödemi.

·  3 yaşadək uşaqlar.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik

Hamiləlik zamanı betametazonun təyninin təhlükəsizliyinə dair nəzarət olunan tədqiqatların aparılmaması ilə əlaqədar olaraq ,

hamiləlik ərzində və ya reproduktiv potensialı saxlanılan qadınlarda Flosteronun təyini yalnız ana üçün gözlənilən terapevtik

nəticənin döl üçün mümkün mənfi təsirdən artıq olduğu hallarda göstərişdir.

Laktasiya dövrü

Laktasiya dövründə Flosteronun təyininə zərurət yarandıqda , QKS terapiyasının ana üçün vacibliyi və uşaqlarda xoşagəlməz

effektlərin meydana çıxmasının mümkünlüyü nəzərə alınaraq , ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Əzələdaxili , oynaqdaxili , dəridaxili , toxumadaxili və ocaqdaxili inyeksiyalar.

Betametazon dipropionatın kristallarının ölçüsünün kiçik olması dəridaxili və bilavasitə zədə ocağında yeridilmə zamanı kiçik

kalibrli iynənin istifadəsinə imkan verir.

VENADAXİLİ YERİTMƏK OLMAZ!DƏRİALTI YERİTMƏK OLMAZ!

Flosteron preparatının təyini zamanı aseptika qaydalarına ciddi riayət edilməsi mütləqdir.

Doza rejimi və yeridilmə qaydası göstərişlər , xəstəliyin ağırlıq dərəcəsi və xəstənin reaksiyasından asılı olaraq fərdi qaydada

seçilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Əlavə təsirlərin başvermə ezliyi və ağırlıq dərəcəsi digər QKS – lərin təyininə analoji olaraq doza və preparatın təyin edilmə

müddətindən asılıdır.Bu təzahürlər adətən geridönən olur və dozanın azaldılması vasitəsilə aradan qaldırıla və ya azaldıla bilər

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomları

Betametazonun doza həddinin aşılması həyat üçün təhlükəli vəziyyətlərə gətirib çıxarmır.QKS – in yüksək dozalarının bir neçə

gün ərzində yeridilməsi arzuolunmaz nəticələrə səbəb olmur.

Müalicəsi

Xəstənin vəziyyətinə diqqətli tibbi nəzarət zəruridir , optimal maye tələbatı təmin  edilməli , qan plazması və sidikdə

elektrolitlərin miqdarına nəzarət edilməlidir.Ehtiyac olarsa , müvafiq terapiya təyin olunmalıdır.

Təsiredici maddələr : 1 ml suspenziyanın tərkibində 6.43 mq betametazon dipropionat vardır

Köməkçi maddələr : dinatrium fosfat dihidrat , natrium xlorid , dinatrium edetat , polisorbat 80 , benzil spirti ,

metilparahidroksibenzoat , propilparahidroksibenzoat , natrium kroskarmelloza , makroqol ,qatı xlorid turşusu , inyeksiya üçün su.