N14 tabletka
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Siprofloksasinə qarşı həssas olan mikroorqanizmlərin törətdiyi infeksiyalar və iltihabi xəstəliklər :
· Tənəffüs yollarının infeksiyaları
· Sidik yollarının infeksiyaları
· Dərinin və yumşaq toxumaların infeksiyaları
· Cərrahi infeksiyalar
· Sümük və oynaq infeksiyaları
· Ginekoloji infeksiyalar
· Cinsi yolla ötürülən infeksiyalar
· Qastrointestinal infeksiyalar
ƏKS GÖSTƏRİŞLƏRİ :
Siprofloksasinə , xinolon törəməsi qrupundan olan digər kimyaterapevtik preparatlara və ya preparatın tərkibində olan
komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq , əvvəllər flüorxinolomlar tərəfindən törədilmiş oynaq xəstəlikləri.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Siprofloksasin hamiləlik zamanı istifadə edilməməlidir.
Siprofloksasin ana südünə keçir və oynaqlarla bağlı mümkün zədə riski ilə bağlı olaraq əmizdirən analar tərəfindən istifadə
edilməməlidir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
- tənəffüs yolu infeksiyaları gündə iki dəfə 1 ya da 1.5 tablet
Sidik yolları infeksiyaları
- kəskin , mürəkkəb olmayan gündə iki dəfə yarım ya da 1 tablet
- qadınlarda sistit gündə bir dəfə 1 tablet
- mürəkkəb olan gündə iki dəfə 1 və ya , 1.5 tablet
Gonoreya
- genital hissə xaricində gündə iki dəfə yarım tablet
- kəskin , çətin olmayan tək doza 1 tablet
Genital infeksiyalar
- mürəkkəb olmayan gonoreya gündə 1 dəfə 1 tablet
- adneksit , prostatit gündə iki dəfə 1 və ya 1.5 tablet
Digər infeksiyalar gündə iki dəfə 1 tablet
Tənəffüs yolu ilə keçən sibir yarası gündə iki dəfə 1 tablet
ƏLAVƏ TƏSİRLƏRİ :
Siprofloksasin adətən orqanizm tərəfindən yaxşı qəbul olunur.Bu günə qədər ciddi toksik təsirləri qeydə alınmamışdır.Nadir
hallarda əlavə təsirlər müşahidə oluna bilər.
DOZA HƏDDİNİN AŞILMASI :
Absorbasiya olunmamış preparat mədənin yuyulması və ya qusma törədilməklə orqanizmdən kənarlaşdırılmalıdır.Klinik
müşahidə , simptomatik müalicə , simptomatik müalicə və həyati vacib funksiyaların təmin olunması , həmçinin kristalluriya
riskini azaltmaq üçün adekvat hidratlaşma həyata keçirilir.
Təsiredici maddə : 1 örtüklü tabletin içində 583 mq – a ekvivalent olaraq 500 mq siprofloksasin hidroxlorid vardır.
Yardımçı maddə : qarğıdalı nişastası , mikrokristallik sellüloza PH102 : natrium nişasta qlikolyatı , koloidal silisium dioksid , PVP K
– 30 , maqnezium stearat.