ALFATEKS
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Diabetik polineyropatiya
Alkoqol polineyropatiya
ƏKS GÖSTƏRİŞLƏR :
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
18 yaşına qədər uşaqlar.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Preparat natrium xloridin izotonik məhlulu ilə qarışdırıldıqdan sonra infuziya üçün məhlulun hazırlanması üçün nəzərdə
tutulub.Diabetik və ya alkoqollu polineyropatiyanın ağır formalarında gündə 1 dəfə 300 – 600 mq venadaxili damcı üsulu ilə
infuziyası şəklində yeridilir.Venadaxili infuziyanı 50 dəqiqə ərzində yeritmək lazımdır.Preparat 2 – 4 həftə ərzində istifadə
edilməlidir.
ƏLAVƏ TƏSİRLƏRİ :
Venadaxili yeridilmə zamanı nadir hallarda aşağıdakı hallar yarana bilər : Qıcolma, diplopiya : selikli qişalara və dəri altına
nöqtəvari qansızmalar : trombositopatiya : hemorragik səpgilər , tromboflebit.
Sürətli yeridilmə zamanı kəllədaxili təzyiqin artması :
Nəfəsalmada çətinliklər mümkündür :
Sadalanmış əlavə əsirlər öz – özünə keçib gedir.
Allergik reaksiyalar mümkündür : məxmərək , sistem allergik reaksiyalar :
DOZA HƏDDİNİN AŞILMASI :
Simptomları : başağrıları , ürəkbulanma , qusma.
Müalicəsi : simptomatikdir.Spesifik antidotu yoxdur.
Təsiredici maddə : 1 ampulda :
Meqlümin tioktat - 583,86 mq - 1167,72 mq
Tiokt turşusuna nəzərən - 300 mq - 600 mq
Köməkçi maddələr : makroqol , susuz natrium sulfit , dinatrium edetat , meqlümin , inyeksiya üçün su.