Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ANGIOFLUX 2 ML

41.00 AZN

N10 AMPULA 2 ML

İSTİFADƏSİNƏ GÖSTƏTİŞLƏR:

Xroniki venoz xoralar.

ƏKS GÖSTƏRİŞLƏR:

-          Preparatın tərkibində olan təsiredici və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;

-          Molekul quruluşu heparinlə oxşar olduğundan, ANGİOFLUKS heparin və ya heparinoidlərə qarşı yüksək həssaslığı olan pasiyentlərə təyin edilməməlidir;

-          Hemorragik diatez.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Xəstə preparatın qəbulu ilə bağlı bütün suallarla mütləq həkimə müraciət etməlidir.

Preparatın inyeksiya forması natrium pəhrizində olan xəstələrə təsir edə bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

İnyeksiya üçün məhlul: gündə 1 dəfə 2 ml ( 1 ampul ) əzələ daxilinə və ya vena daxilinə yeridilir. Müalicəni 15-20 gün ərzində etdirmək tövsiyə olunur. Müalicə kursu ildə ən azı iki dəfə aparılmalıdır. Həkimin təyinatından asılı olaraq, dozanın həcmi və tezliyi deyişdirilə bilər.

ƏLAVƏ TƏSİRLƏRİ:

Yumşaq kapsullardan istifadə zamanı nadir hallarda mədə-bağırsaq sisteminin pozğunluqları, qusma, epiqastral nahiyədə ağrı meydana çıxa bilər.

İnyeksiya dərman formasından isitifadə zamanı inyeksiya yerində yanma hissi yarana və hematoma baş verə bilər.

Bu əlamətlər keçiçi xarakter daşıyır. Buna baxmayaraq, belə əlamətlər əmələ gəldikdə həkimə müraciət etmək tövsiyə olunur.

İNYEKSİYA ÜÇÜN MƏHLUL:

Təsiredici maddə: 2 ml ( 1 ampul ) inyeksiya üçün məhlulun tərkibində 600 LRU Sulodeksid vardır.

Köməkçi maddələr: natrium-xlorid, inyeksiya üçün su.