Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

CARBOCON N20

14.00 AZN

N20 TABLETKA

TƏSVİRİ VƏ İSTİFADƏ QAYDASI:

Kabocon həb formasında olan, havanın udulması və bağırsaq tıxınıqlığı ilə əlaqədar rahatsızlıq simptomlarının yüngülləşdirilməsi üçün faydalı olan tibbi vasitədir. Bu məhsul, qazın toplanmasına görə qarın boşluğu və ya bağırsaq şişkinliyi ilə əlaqədar simptomların aradan qaldırılması üçün tövsiyə olunur. O, ağrı və sancıları aradan qaldırır, köp və gəyirmənin qarşısını alır.

 

İSTİFADƏ QAYDASI  VƏ DOZASI:

Böyüklər: gündə 4 həb, istənilən əsas yeməkdən sonra 2 həb qəbulu tövsiyə edilir. Sınmaması üçün həbləri blisterdən ehtiyatla çıxardın və 1 stəkan su ilə qəbul edin.

 

MƏLUM ƏKS GÖSTƏRİŞLƏR:

Tövsiyə edilən dozada məhsulun qəbulu zamanı nəcisin tünd qəhvəyi rəng alması müşahidə edilə bilər ki, bu da onun tərkibindəki aktiv kömürlə əlaqədardır. Bu hadisə normaldır və heç bir patoloji əhəmiyyət kəsb etmir. Orta və uzun müddətli əks göstərişlər müşahidə edilməyib. Məhsul diqqət tələb edən hərəkət qabiliyyətinə mənfi təsir göstərmir ( mexanizmləri idarəetmə qabiliyyəti və ya yürüyüş fəaliyyəti ).

 

ƏKS TƏSİRLƏRİ:

Məhsulun tərkibindəki inqrediyentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq zamanı istifadəsi tövsiyə olunmur. Məhsulun hamiləlik və ana südü ilə qidalandırma zamanı istifadəsi dəstəkləyən kifayət qədər məlumat yoxdur, ona görə də hamiləlik və südlə qidalandırma zamanı məhsul ehtiyac zamanı istifadə edilə bilər.

 

MƏHSULUN ATILMA QAYDASI:

Məhsulun yararlıq müddəti bitdikdən sonra, məhsulu və onun qablaşdırmasını yaşadığınız yerin mövcud qaydalarına uyğun olaraq atın.

Bir həbin tərkibində:

50 mq simetikon;

300 mq aktivləşdirilmiş kömür var.

Köməkçi maddələr: maltodekstrin, saxaroza, mikrokristallik sellüloza, hidroksipropil metilsellüloza, polivinlpirrolidon, kolloidal silisium, natrium kroskarmelloza, polivinilpolipirrolidon, qliseril beqanat, silisium dioksid, bitki mənşəli stearatlı maqnezium.