N12 ŞAM
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Neo-Rektol babasil üçün xarakterik olan simptomların müalicəsində istifadə olunan rektal şamdır. Neo-Rektol şamından həmçinin düz bağırsağın selikli qişasını xroniki iltihabı, anusun qıcıqlanması və sıyrıntıları zamanı istifadə olunur.
preparat qeyd edilən göstərişlərdə ənənəvi istifadə üçün nəzərdə tutulmuşdur və onun effektivliyi müstəsna olaraq uzunmüddətli istifadəyə və təcrübəyə əsaslanır.
ƏKS GÖSTƏRİŞLƏR:
Benzokainə və mürəkkəbçiçəklilər sinfinə aid olan bitkilərə qarşı hiperhəssaslıq. Preparatın istənilən komponentlərinə qarşı hiperhəssaslıq. Şiş xəstəlikləri.
XÜSUSİ GÖSTƏRİŞLƏR:
preparatdan 6 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.
DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:
Məlum deyil.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklərdə: gecələr düz bağırsağa 1 şam, daha ağır hallarda gündə 2-3 şam yeridilir. 6 yaşdan böyük uşaqlara gecələr düz bağırsağa 1 şam yeridilir. Şamı ağrı simptomları yox olana qədər, lakin 7 gündən artıq olmayaraq yeritmək lazımdır. şamı pərdəcikdən çıxarmaq üçün pərdəciyi uc hissənin üzərindən şaquli olaraq və möhkəm cırmaq lazımdır.
ƏLAVƏ TƏSİRLƏRİ:
Neo-rektol preparatından istifadə edərkən əlavə təsilrə aşkar edilməmişdir, lakin hər hansı əlavə təsirlər meydana çıxarsa həkimə müraciət etmək lazımdır. Qaşınma və qızartının əmələ gəlməsi mümkündür. Allergik reaksiyalar inkişaf etdikdə və ya xəstəliyin simptomları kəskinləşdikdə preparatdan istifadəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
DOZA HƏDDİNİN AŞILMASI:
Tövsiyyə olunandan artıq dozanı istifadə edilməsi zamanı və ya göstərilən üsula müvafiq gəlməyən qaydada istifadə edildikdə həkimə və ya əczaçıya müarciət etmək lazımdır.
Təsiredici maddə: çobanyastığı qatı ekstraktı - 50 mq; xanımotu köklərinin qatı ekstraktı - 20 mq; at şabalıdı kökü; qaytarma bitkisinin kökümsovu və boymədərən bitkisindən ibarət mürəkkəb qatı ekstraktı; benzokain - 100 mq.
köməkçi maddələr: qliserin, neytral yağ.