Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

FINERID 5 MG

15.44 AZN

N30 TABLETKA

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicə və nəzarəti:

- böyümüş prostat vəzinin ölçülərinin kiçilməsi;

- hiperplaziya ilə əlaqəli simptomalrın azadılması və bununla bağlı sidiyin axımının yaxşılaşdırılması;

- prostat vəzinin transuretal rezeksiyası və prostatektomiayay ehtiyac azadılması məqsədilə.

Müalicədən əvvəl prostat vəzinin hiperplaziyasının bənzər xəstəlikləri istisna olunmamalıdır o cümlədən infeksion proseslər, prostat xərçəngi, sidik axarının daralması, sidik kisəsinin hipotonik və neyrogen disfunksiyaları.


ƏKS GÖSTƏRİŞLƏR:

- təsiredici maddəyə və yaxud dərman vasitəsinin hər hansı digər komponentinə qarşı hiperhəssaslıq;

- prostat vəzinin xərçəngi;
- obstruktiv uropatiyalar.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Finasterid qida qəbulundan əvvəl və ya sonra gündə 1 dəfə 5 mq dozada qəbul olunur. Adətən maksimal klinik effekt 3 aydan sonra müşahidə olunur. Dərman vasitəsinin effektivliyinin düzgün qiymətləndirilməsi üçün müalicə 6-12 ay aparılmalıdır. Finasterid tək və ya alfa-blokatorlar ilə kombinasiyada təyin olunur. Tabletin bütövlüyünün pozulması onun effektivliyinə təsir göstərmir.


ƏLAVƏ TƏSİRLƏRİ:

Ən çox rast gələn əlavə təsirlər bunlardır: impotensiya, libidonun zəifləməsi, toxum mayesinin miqdarının azalması, eyakulyasiyanın pozulması, ginekomastiya və ya dəri səpkisi. Gözlənilməz effektlər yarandıqda həkimə müraciət edin.


DOZA HƏDDİNİN AŞILMASI:

Finasteridin birdəfəlik 400 mq və ya 80 mq gündəlik dozada qəbulu zamanı əlavə təsirlən müşahidə olunmamışdır. Doza həddinin aşılması zamanı xüsusi müalicəyə ehtiyac yoxdur.

Hər örtüklü tabletin tərkibinə daxildir:

Təsiredici maddə: finasterid - 5 mq;

Köməkçi maddə: titan dioksid, indiqotin.