Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

VOLTAREN EMULGEL 50 GR

7.00 AZN

50 G

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- Vətərlərin, birləşdirici toxumaların, əzələlərin və oynaqların travmasında ağrı və iltihabın müalicəsi üçün və idman məşğələlərindən sonra və ya bədbaxt hadisələr nəticəsində ağrıların müalicəsi üçün;

- Kiçik və orta ölçülü oynaqlarda artrozların simptomatik müalicəsi üçün, məsələn, əl barmaqları oynaqlarının və ya diz oynaqlarının.


ƏKS GÖSTƏRİŞLƏRİ:

Diklofenaka və ya preparatın digər komponentlərinə qarşı, asetilsalisil turşusuna və ya digər QSİƏP-lərə qarşı yüksək həssaslıq, "aspirin" astması, hamiləlik ( III trimestri ), laktasiya dövrü, uşaqlar ( 12 yaşa qədər ), dəri örtüklərinin tamlığının pozulması.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Xaricə istiadə edilir. Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda preparat gündə 2 dəfə yaxılır və yüngül sürtülür. Preparatın lazımı miqdarı ağrılı zonanın ölçüsündən asılıdır. Preparat birdəfəlik dozası 2-4 q təşkil edir. Əgər preparatı 7 gün istifadə etdikdən sonra yaxşılaşma baş vermirsə, həkimlə məsləhətləşmək lazımdır.

Uşaqlar: 12 yaşa qədər uşaqlarda dərman vasitəsi istifadə üçün tövsiyə olunmur.

Yaşlı xəstələrdə: dozalanma rejimi böyük xəstələrdə olduğu kimidir.


ƏLAVƏ TƏSİRLƏRİ:

Preparat yaxıldığı yerdə baş verən reaksiyalar: tez-tez səpgi, ekzema, dermatit, qaşınma, irinli səpgiləri, astma.


DOZA HƏDDİNİN AŞILMASI:

Xaricə istifadə etdikdə preparatın aktiv komponentlərin cüzi sistem absorbsiyası nəticəsində doza həddinin aşılması çox az ehtimal edilir.

Daxilə təsadüfi qəbul edildiyi halda mümkün qədər tez mədənin yuyulması və aktivləşdirilmiş kömürün qəbulu tövsiyə edilir. Həkimə müraciət etmək lazımdır.

Təsiredici maddə: 1 q gelin tərkibində 23,2 mq diklofenak dietilalamin ( 20 mq natrium diklofenaka ekvivalent ) vardır.

Köməkçi maddələr: dietilamin, karbomer, makroqol setostearil efiri, kokoil kaprilokaproat, izopropil spirti, duru parafin, olein spirti, evkalipt ətirverici, butilhidroksditoluol, propilenqlikol, təmizlənmiş su.