Şəffaf, rəngsiz və ya zəif sarı rəngli, etanol qoxulu məhlul.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Dəri və dəri büküşlərinin göbələk infeksiyaları;
- Barmaqlararası mikozlar;
- Dırnaqların göbələk infeksiyaları;
- Dəri kandidozları;
- Kəpəkli dəmrov;
- İltihabi dermatomikozlar;
- Xarici qulaq keçidinin mikozu.
Göbələkəleyhinə preparatların müvafiq təyinolunma və istifadəsi üzrə rəsmi milli rəhbərlikləri nəzərə almaq lazımdır.
ƏKS GÖSTƏRİŞLƏR:
Naftifinə, propilenqlikola və ya preparatın hər hansı digər köməkçi maddəsinə qarşı yüksək həssaslıq. Məhlulu yaranın üzərinə istifadə etmək olmaz.
XÜSUSİ GÖSTƏRİŞLƏR:
Gözlərə və açıq yaraların üzərinə Ekzoderil məhlulunun düşməsinə yol verilməməlidir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Yerli istifadə olunur. Dırnaqların zədələnməsi zamanı məhlulu birinci dəfə istifadəyə başlamazdan əvvəl dırnağın zədələnmiş hissəsi dırnaqlar üçün qayçı və pika ilə maksimal dərəcədə xaric edilməlidir. Müalicənin müddəti: dermatomikozlar zamanı 2-4 həftə, kandidozlar zamanı - 4 həftə, dırnaqların zədələnməsində 6 ay ərzində gündə 2 dəfə istifadə etmək lazımdır.
Xaric qulaq keçidinin mikozu zamanı müalicə 14 gündə az olmadan keçirilir. Yerli müalicə üçün preparatla hopdurulmuş pambıq turundalar gündə 1-2 dəfə qulağa yeridilib 5-8 dəqiqə ərzində saxlanılır.
DOZA HƏDDİNİN AŞILMASI:
Naftifinin xaricə istifadəsi zamanı kəskin doza həddinin aşılması və sistem intoksikasiya az ehtimal olunur. Təsadüfən daxilə qəbulu zamanı müvafiq simptomatik müalicə tövsiyə olunur.
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq naftifin hidroxlorid vardır.
Köməkçi maddələr: propilenqlikol, etanol, təmizlənmiş su.