Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

VASKOREL 10 MG

4.61 AZN

N30 TABLETKA

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Hipertoniyanın müalicəsində ister ayrılıqda monoterapiya şəklində,istərsə də hipertoniya əleyhinə digər dərman vasitələri ilə kombinəolunmuş müalicəsində göstərişdir.



ƏKS GÖSTƏRİŞLƏR:

Amlodipinə,dihidropiridinə və tabletin tərkibinə daxil olan maddələrdən hər hansı birinə qarşı yüksək həssaslığı olan xəstələrə əks göstərişdir.



İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Hipertenziyanın müalicəsi üçün Ampodipinin başlanğıc dozası gündə bir dəfə 5 mq,maksimum doza gündə bir dəfə 10 mq-dır.Bədən quruluşu zəif və kiçik olan insanlarda,yaşlılarda və qaraciyər funksiyası zəifləmiş xəstələrdə başlanğıc doza gündə 2,5 mq olmalıdır.Doza xəstənin cavabına görə tənzimlənir.müalicə müddəti 7-14 gün ara ilə həyata keçirilir.Xəstələrin çoxunda 10 mq-lıq doza lazım olur.



SAXLANMA ŞƏRAİTİ:

25°C-dən aşağı temperaturda,öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Resept əsasında buraxılır

Təsiredici maddə:hər tabletin tərkibində 5 mq Amlodipinə ekvivalent miqdarda Amlodipin-besilat vardır.
Köməkçi maddələr:mikrokristallik sellülozaPH 101 ,susuz kalsium hidrofosfat ,natrium qlikolyat nişastası;maqnezium-stearat.